"Kimsəsiz hisslər"

05 Nisan 2015
2 648
0
"Kimsəsiz hisslər"
"Kimsəsiz hisslər"


"Kimsəsiz hisslər"

"Kimsəsiz hisslər"Çox acı bir şey, özünə söz verib sözündə durmamaq.İnsan özü-özünü, qətlə yetirmiş kimi hiss edir.Məndə söz vermişdim,sözümdə durmamaq bir yana,hələ üstəlik "etmiyəcəm!" dediyimdən daha artığını etdim.Çünki aşiq olmuşdum.Qəlbini kimsəsizlər evinə atıb,eşqdən danışan bir xanıma.Təsəvvür etmək çətindir,axı təsəvvürümə gətirəcəyim həmin insandır.Onu çox sevirdim,amma bahalı hədiyyələr ala bilmirdim.Çünki hələ elə çox böyüməmişdim,həmdə ailəmizdə maddi vəziyyət elədə yüksək deyildi. Hər gün eyni gözlər və fərqli hisslər. Yaşadığım ən gözəl gerçəklik idi,onu gözlərində itmək.Onu görmək üçün nələr etmişəm bir Allah bilir,birdə xəyanətkar gözləri.
- Mən niyəmi bilmirəm?"Kimsəsiz hisslər"
- Çünki o gözlərin içində məni məndən alan bir sirr var idi. Mən sadəcə ofsunlanmış bir şəkildə,həyatın bizə bəxş etmədiyi gözəlliklərin içində səyahətə çıxmışdım.O gözəllikləri o gözlər yaşatmışdı,bəlkədə yaşatmamışdı, mən özüm yaşayırdım.Cənnət olmaya bilər,amma çox gözəl bir yer idi....
- Hər gecə qulaqcıq taxaraq dinlədiyim mahnıların,məni ölümə aşiq edəcəyini bilmirdim.Hər mahnıda bir xəyal və hər xəyalımda bir ümid var idi. Hər dəfə arxasıyca səssizcə gedərdim, gözlərimlə yola salıb,baxışlarım ilə sığallayardım sarı saçlarını. Bəzən elə istəyirdim ki,tez böyüyüm və onunla ailə qurum. Təkçə həmin günlər, böyüməyi istəmişdim.Sonra anladım ki,böyümədəndə ailə qura bilərəm,amma o qızla deyil,ölmüş ümidlərim ilə. Qış ayı,soyuqluğu anlamaq üçün qarın yağması deyil,aramızdakı məsafənin uzaqlaşması kifayət idi.Həmin illər unudularmı heç?!
"Kimsəsiz hisslər"- Bəlkədə böyüdükdən sonra "cavanlıq səhvləri idi"deyərək,tozlandıracam həmin hissləri... Bu yazını yenidən əvvələ qayıdıb,keçmişi xatırladan bir müsiqi ilə dinləyin.Oxumaq kifayət etməz məncə,birazda hiss etmək lazımdır.
- Bunlar əslində yazmaq istəmədiyim, "kimsəsiz hisslərin" mənə buraxdığı gözəlliklərdir.
- Gözəllikmi?!
- Bəli gözəllik.Bəlkədə deyəcəksiz bu insan axmaqdır,elə düz deyirsiz bu hissləri gözəllik adlandırmaq axmaqlıqdır!
Amma...amma bu acıları çəkdiyim üçün gözəllik saymıram,bu acıları o çəkdirdiyi deyə gözəllik adlandırıram.
-"Hər kəs acı çəkə bilər,amma eşq acısı hər kəsə nəsib olmur.Çünki çoxlarının ürəkləri, böyüdükçə kiçilib yox olur"."Kimsəsiz hisslər"


"Kimsəsiz hisslər"


- Süleyman Əliyev
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.