4 fəsil=uşağlığım

18 Temmuz 2015
2 885
0
4 fəsil=uşağlığım
4 fəsil=uşağlığım

Bəzən ulduzların çoxluğunu qısqanarsan. Sanki hər kəsin üzünə vurur və bir daha sübut edir ki, təklik yalnız yaradana məxsusdur. Necədə gözəl parıldayırlar. Hər yay fəslində göydə susqun vəziyyətdə bizi izləyərək, nəsə demək istəyərlər elə bil. Hər zaman oralarda yaşamaq istəmişəm, maraqsız boz günlərdə nə qədər yaşamaq olar deyə, ürəkdə gizlətmişdim bir çox etirazları.Amma sonra düşündüm ki, səmaya gözəllik verən ay,günəş və ulduzlardır.Mən orda olsam nəyəi izləyib, kimlərlə paylaşacam gördüklərimi?!
- Məncə bu həyatda gözəldir, hər fəsil, hər qayğı, hər ağrı.... Yenidən mübarizə aparmaq ümidi, ümumiyyətlə yalnız gülmək və qarşıdan gələn tətilləri və geridə qalan axşamları düşünmək. Yadıma köhnə fəsillər və isti yay gecələri düşdükcə, möcüzələrin içində yaşayıb, rənglərin çalarlarında boyandığımı anlayıram. Dəqiq bilirəm ki, hər insanın həyatında unudulmaz günlər, yaşanılmış və bir daha yaşanıla bilinməyəcək xatirələr yaşanılıb. Çöldə oynadığımız oyunlar, üzümüzdəki gülüşlər, unudularmı heç?
- Bizə həmin oyunları və xoşbəxt olmağı, nə evdə valdeyinlərimiz, nədə məktəbdə müəllimələrimiz öyrətməmişdi. Biz özümüz kəşf etmişdik. Əgər o günlər bizə borc verilmişdisə, əminəm ki, o günlərin əvəzini əsla qaytara bilməyəcəyik. Səhər yuxudan oyanıb quşların səsini dinləmək, özümüzə məxsus olan cizgi filimlərini izləmək. Və onların əsas qəhrəmanlarının yerində özümüzü canlandırmaq. Gülünc səslənsə belə söyləyəcəm. Bir dəfəsində izlədiyim "Ay savaşcısı"-adlı cizgi filimində bir qıza aşiq olmuşdum. Hər gecə onu xatırlayıb özümü məğlub edilməz hiss edirdim.
- Ən gözəl insanlar olmuşuq biz uşaqlıqda. Onda hələ sosial şəbəkələr, nədə kunopkasız telefonlar yox idi.Sadəcə biz və yaşananlar var idi. Hər şeydən çox az idi, xoşbəxtliklər və gülüşlər istisna olmaqla.Oynadığımız oyunlarda qız və oğlan ayrı seçkiliyi yox idi. Çünki "nəfs adlanan hiss rədd edilmişdi qəlbimizdən, şeytanın cənnətdən qovulduğu kimi.
- Payız fəslidə gözəl keçirdi, həmçinin qışda. Sanki yağış belə başqa cür düşürdü göydən. Məktəbdə oxuduğum kitablar sonuncu kitablar oldu sanki. Həmin hekayələrə özümüzdən əlavələr edib, onları dəyişdirə bilirdik.
- Əynimi qalın geyinib çöldə qar vasitəsi ilə, divara 2005-2006 yazısını yazaraq xoşbxtliklə üz-üz durmaq kimi xüsusi bir gözəlliyə şahilik etməkdə varmış.... Hər fəslin içində yaşayırdıq biz. Sanki xoşbəxt olmaq üçün limit verilmişidi bizə. Həyat, sandığımız qədər qəddar, təsəvvür etmədiyimiz qədər gözəldir.Özümüzü anlamaq üçün gərək yenidən uşaq ola bilək.
- Buda mümkün deyil. ''Çox yorğunam, dost. Qaça bilsəydim birinci özümdən qaçardım, çata bilsəydim dayanmadan qaçardım 'uşağlığıma'...''


- Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.