Yetim qız (hekayə)

28 Eylül 2015
4 243
7
Yetim qız (hekayə)
Yetim qız (hekayə)

Yetim qız (hekayə)

Səhər açılmışdı, günəş buludların arasından boylanmış, pəncərədən otağı işıqlandırırdı. Gözümə düşürdü günəşin parıldayan şüaları. Yeni bir gün daha başlamışdı, bəziləri üçün gözəl, bəziləri üçün isə kədərli. Həyətdə oynayan uşaqların səsi eşidilirdi, oyun oynayır, əylənirdilər. Əlimi uzadaraq qoltuqaltlarımı götürmək istədim, sürüşüb yerə düşdülər. Onlara doğru uzanmaq istədim, ancaq alınmadı çarpayıdan yerə yıxıldım. Səsi eşidən müəlliməm otağa girdi və məni yerdən qaldırdı. Gözlərim dolmuşdu bunu görən müəlliməm kövrəldi və bir anda gözləri yaşla doldu, göz yaşlarımı silərək soruşdu:

- Nəzrin neynəmək istəyirdin?

- Qoltuqaltlarımı götürmək istəyirdim.

Leyla müəlliməm məni çox sevirdi, qızlarından ayırmazdı. Əyilərək qoltuqaltlarımı mənə uzatdı və ayağa durmağıma kömək etdi. Ona pəncərənin qabağına getmək istədiyimi söylədim. Qoluma girdi və məni pəncərənin qarşısına apardı. Gözlərimdən yaşların axmasına mane ola bilmirdim. Leyla müəlliməmin üzünə baxaraq tutqun səslə sual verdim:

- ALLAH məni niyə sevmir,

- Bu nə sözdü qızım? ALLAH heç yaratdığı bəndəsini sevməz olarmı.

- Bəs onda niyə ayaqlarım tutmur? Niyə anamla atam yanımda deyillər?

Müəlliməm başımı sinəsinə sıxaraq, dolmuş gözlərin təsiri ilə tutulmuş səsi ilə cavab verdi:


- Qızım bax pəncərədən çölə, Sevili gorürsən? Orda oturub görmür heç bir şeyi ancaq gözlərinin içi yenədə təbəssümlə doludur. Bax orda oynuyan da Rəşaddır. Onunda bir əli yoxdur. Amma heç biri yaşama sevincini itirməyib. ALLAHIN verdiklərinə şükr edib həyata daha da bağlanıblar. Sənin anan da, atan da səni çox sevirlər. Onlar öz canlarından keçdilər səni qorumaq üçün. O gecə səni qucaqlamasaydılar sən həyatda olmazdın. İndi onlar cənnətin bir guşəsində səni izləyirlər və bir gün sənin də onların yanına gedəcəyin günü gözləyirlər. Ancaq Sevilnən Rəşadın valideynləri onları qüsurlu olduqları üçün istəmədilər. Sən hər gece aç əllərini ALLAHA dua et, şükür et və anana atana da dua etməyi unutma.

O gündən sonra Nəzrin artıq Leyla müəlliməsini ana deyə çağırmağa başladı. Həyatı sevməyə başladı, deyir, gülür, Leyla anası ilə oyunlar oynayır, ona daha da bağlanırdı. Günlər bir-birini qovur fəsillər dəyişir, illər arxada qalır. Nəzrin böyüyür 18 yaşında qəhvəyi gözləri, qara uzun saçları olan, əsmər, üzündən nuranilik yağan bir qız olur. Artıq onun əlil olması onu incitmirdi, dərslərinə çalışır, namaz qılır və hər dəfəsində dua edirdi. Leyla ana isə bunu görüb sevinirdi.
Uşaq evindən vaxtı çatanda Leyla müəllimə Nəzrini himayəsinə götürür, öz qızlarından ayırmır. Nəzrin artıq böyümüş Bakıda
Azərbaycan Tibb Universitetinin 5-ci kursunda təsil alırdı.
Həyat çox gözəl keçirdi. Nəzrin çox xoşbəxt idi o gecəyə qədər...
Soyuqdu hava, çöldə qar yağırdı, Nəzrin xəstələnmişdi. Leyla ana nə edəcəyini bilmirdi. Üzərindən bir həftə keçməsinə baxmayaraq, həkimlər Nəzrinin xəstəliyinə diaqnoz qoya bilmirdilər. Nəzrin artıq qan qusmağa başlamışdı. Hər öskürdükcə ağzından qan gəlirdi. Leyla ana isə hər
dəfəsində qorxur göz yaşlarını saxlaya bilmirdi, qızının gözünün qabağında ölümlə pəncələşdiyini görmək onun canından can alırdı. Nəzrin anasının ağlamağına dözə bilmirdi, hər dəfəsində gizlətməyə çalışırdı. Günlər, saatlar, dəqiqələr sanki Nəzrinin canından can alırdı.
Yanvar ayının soyuq, qarlı bir günü idi. Hansı gün ki, 20 il bundan qabaq məhz həmin gecə Nəzrin valideynlərini və yerimə qabiliyyətini itirmişdi. Nəzrin artıq nəfəs ala bilmirdi. Qısıq səslə anasını səslədi. Leyla ana başından bir dəqiqə də olsun ayrılmazdı, dolmuş
səsi ilə "haycan” deyə bildi sadəcə. Nəzrin anasının əlindən tutaraq bu sözləri dedi.


"Rəbbim məni çağırır ana.
Məni valideynlərim səsləyir.
Mən gedirəm artıq.
Anamla atam məni gözləyir.
Ağlama ana. Yadındadı mənə dediklərin?
Valideynlərin səni cənnətdə gözləyirlər.
Məndə səni orada gözləyəcəm ana...
Səni cox sevirəm...”



Yetim qız (hekayə)

Son sözünü bitirir və Kəlime-i Şəhadət gətirərək gözlərini əbədiyyətə yumur.

Yetim qız (hekayə)

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    oxuwumuwam bu hekaye cox tesirlidi :( ellerine salik
  2. SEHRI
    • SEHRI
    • 2 Ekim 2015 18:15
    Kədərli hekayədir oxudum sonunadək amma belə xəbərlərə mp3 yerləşdirilməsi yersizdi məncə sadəcə musiqi adamın fikrini dağıdır.əməyiniz üçün təşəkkürlər.
  3. Jessica
    Menalı və ibretamız hekayedı kederlememek elde deyil Allahıma minlece kes şükürler olsun elimiz ayaqımız Valedeyinlerimiz yanımızda bu heyat imtahanlarla dolu bir heyatı ..Bu qızıda imtahanıda beleymiş...Maraqlı xeber üçün teşekkür
  4. MeLanXolik
    Kədərli bir hikayedir. üzüldüm.. amma kaş belə bitməzdir. Keşke sevinc dolu həyatı dahada uzun olardı. Allah heç bir övladı atasız anasız qoymasın. Birdə digər insanlardan fərgləndirməsin.. Allah özü kömək olsun acısı dinməyən insanlara.
  5. crazy_reniw
    ccooox tesirlerdim heetttaa aqladim ellerine saqliq
  6. AleDa
    • AleDa
    • 29 Eylül 2015 00:18
    Menalı ve ıbretamız hekayedı. Bu cur hekayeler cox olsa yaxsıdı. Oxuyarken cox kovreldım. Allah sevdıklerımızı en esasda aılemızı bıze cox goremısın. Allah onları qorusun onların sımasında butun ata ve analarımızı qorusun. Davamlı olsun xeberınız cox tewekkurler
  7. ...:LaDY:...
    oxuduqca kövrəldim, Allah valideynlərimizi bizə çox görməsin, xəbərə görə təşəkkürlər əllərinə salık :)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.