Darixiram Sənsiz

16 Ağustos 2014
16 692
0
Darixiram Sənsiz
Darixiram Sənsiz




Darixiram Sənsiz

Səni hər sevirəm dediyimdə bir addım daha atıram sənə,bir addım da ölümə...
Və hər darıxdığımda dərhal yanımda var olur xəyalın...
Və sən yox olursan sarılarkən sənə...

Amma bilirəm sən gözlərimi açan kimi itəcəksən,doymamışdım sənə,
indi də xəyalınə belə doya bilmirəm.Sənə mən məhşər günümü saxlayıram.
O gün; bir tək dilək şansım olsa,səni diləyəcəyəm Allahdan,səni
istəyəcəyəm yanıma ,bir az olsun,bir an olsun sən mənim ol deyə yalvaracağam Allaha...

Gözlərinə baxacağam,əllərinə toxunacağam sənə sarılıb; istiliyini,qoxunu çəkəcəyəm içimə.
Bir dəfə daha eşitmək üçün dodaqlarından "SƏNİ SEVİRƏM"
deyə diz çöküb yalvararam inan.

Bir dəfə daha eşitsəm məni sevdiyini; cəhənnəmin ən dərin,ən isti
yerini versələr,ən günahkarlarla bir araya qoysalar, məni yenə səsimi
çıxarmam,yanıb qovrulsam orada sənə toxundumsa,gözlərinə baxdımsa bu yetər mənə...

Məni sevdiyini eşitdiyim anı ən gözəl cənnətə dəyişmərəm inan.
Cənnətim idin sən mənim,gözbəbəyim,birdənəmdin...
Ruhuma qatmışdım səni.

Can bədəndə ruhuyla yaşar,sən getdin gedəli onsuz da bir fərqim qalmadı,
cəhənnəmdə əzab çəkənlərdən onsuz bir fərqim qalmadı canını Allaha təkrar verənlərdən

Sən mənim ruhum, sən məni əllərinlə tərk etdin.

Sevgimizi əllərinlə bu hala gətirdin...

Çox sevmişdim səni və sevirəm də...

Darıxıram Sənin üçün...
Darixiram Sənsiz
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.