Milyonçunun İbrətamiz Hekayəsi

09 Şubat 2016
1 478
1
Milyonçunun İbrətamiz Hekayəsi

Milyonçunun İbrətamiz Hekayəsi

Bir adam Microsoft şirkətinə iş üçün müraciət edir. Girmək istədiyi işdə tualetdə təmizlik işləri... Şirkətin menecerlərinin biri ilə görüşür və menecer ona tualeti göstərib onu təmizləməsini istəyir (test olaraq). Adam təmizləyir və menecer razı qalır.
- Hansı gün, saat neçədə işləyəcəyivnizi e-mail adresinizə göndərəcəyəmdeyir
- Kompüterim yoxdu və elə ona görədə e-mail də yoxdur
- Bağışlıyın amma e-mail-iniz yoxdusa sizi işə götürə bilmərəm
Adam çarəsiz şirkətdən çıxır və "Nə etsəm?!" deyə düşünərkən cibindəki 10 dollara 20 kilo albalı almağa qərar verir. Qapı-qapı gəzərək albalıları satır və 2 saat ərzində albalıya verdiyi pulun iki qatını qazanır. Belə albalı satmaqla çörək pulumu çıxarda bilərəm deyib hərgün səhərdən axşama kimi qapı qapı gəzib işini görür.
İşlədikcə pulu artmağa başlayır, özünə balaca bir yük maşını alır və satmağa davam edir. Vaxt keçir artıq bir neçə yük maşını alır. 5 il keçir... Bu adam bu dəqiqə Amerikanın ən varlıları arasında sayılan bir nəqliyyat şirkətinin sahibidir. Bir gün ailəsinin gələcəyini düşünərək sığorta şirkətinin birinə müraciət edir. Sığorta şirkətində işləyən işçi ondan e-mail adresini istəyir. E-mail işlətmədiyini söyləyir adam.
- Maraqlıdı e-mail-iniz yoxdu və bir Holding-iniz var. Gör indi e-mail-iniz olsaydı neyniyərdiz?! Cavabında adam deyir:
- E-mail-im olsaydı bu dəqiqə Microsoft şirkətində tualet təmizləyirdim...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    cox maraqlidir hekayedir...bir email ne imiw..ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.