"Səmimiyyət"

20 Şubat 2016
1 381
1
"Səmimiyyət"
"Səmimiyyət"

"Səmimiyyət"

Bu yeni ildə bəzilərinə səmimiyyət hədiyyə etmək lazım idi. Buna o qədər ehtiyacları var ki. Üzlərinə baxmağa artıq iyrənirəm. Saxtakarlıq, sünilik, çirkab yağan dodaqlara gözlərim baxmaq istəmir, qulaqlarım hər kəs tərəfindən(yad, yaxın) deyilən "canım, əzizim" sözlərini duymaq istəmir. Nəhlətə gələsən, bu sözləri o qədər adiləşdiriblər ki, kimin sənə necə davrandığını anlaya bilmirsən və artıq o xoş sözləri eşidərkən özünü itirirsən. "Mən sənin 'canın' haçan oldum ki, öyrənə bilərəm?"
Saxtakarlardan uzaqlaşırsan, gözlərini açanda isə yanında heç kimin olmadığını görürsən. Hah, cəhənnəmə ki! Səmimiyyətsizlər yığınından ki yaxşıdır.
"Axı mən səni çox istəyirəm, mənə haqsızlıq edirsən" deyir yalnız işi düşəndə məni xatırlayan. Cəhənnəm olsun!
"Mənə güvən, söz verirəm, səni heç vaxt tərk etməyəcəm" deyir hisslərindən soyuyaraq sonra da səni tərk edən insan. Gedirsən get, söz yox, Cəhənnəmə get, amma söz vermə də!
"Bu yaxşılığını heç vaxt unutmayacam" deyir bircə dəfə ona "yox" söyləyəndə bütün yaxşılıqlarını unudub, mənfilərini üzünə çırpan insan. Rədd ol!
"Çox gözəlsən, canım" deyir başqa rəfiqələrinin yanında sənin bütün əyriliklərini kateqoriyaya bölüb sadalayan insan. Cəhənnəmə de!
Və maraqlısı odur ki, hamı ətrafdakıların səmimiyyətsizliklərindən şikayət edir. Axmaq insan, bəs sən o "ətrafa" daxil deyilsənmi? Sən bəs səmimiyyətsiz deyilsənmi? Hah, əlbəttə, o tanınmış səmimiyyətsizlər yığınına mən daxil hamımız aidik. " Mən?! Mən səmimiyyətsizəm?!" deyə üstümə şığımayın, çünki hamınızın elə anları olub, olur, olacaq. Qəsdən yaxud bilməyərəkdən.
Uzun sözün qısası, xahişim odur ki, bacardığınız qədər daha səmimi olmağa çalışın, o zaman ətrafımız da gözəlləşər. Hərhalda dünyanı dəyişmək öz əlimizdədir. Bütün Yer Kürəsini dəyişmək alınmasa da, bizə onun bir hissəsi də bəsdir, təki səmimi olun siz.

"Səmimiyyət"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. sevgi^_^
    Semimi bir yazi idi paylawim ucun cox sagol
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.