Ulduzlar

21 Şubat 2016
2 121
1
Ulduzlar
Ulduzlar

Ulduzlar

Biz sadəcə səmanı işıqlandırmağa çalışan azmış ulduzlardıq...
Bir cümlə və hər şey o qədər gözəl izah olunur ki.
İtmişik biz bu zalım dünyada. Hara və niyə gedəcəyimizi bilmirik.
Kimə inanacağımızı, kimi sevəcəyimizi bilmirik. Kimin bizə yaxşı, kimin pis davrandığını müəyyən edə bilmirik. Məsafə saxlayırıq hamıyla. Get - gedə uzaqlaşırıq insanlardan. Çünki qorxuruq. Yenə zərbəyə tuş gəlməyimizdən, hətta artıq insanların baxışlarından belə qorxuruq. Arxamızca nələr deyildiyini eşitməkdən qorxuruq. Yenə dəyər verib inanacağımızdan qorxuruq. Və yenə qorxu.
Keçən dəfə qorxuya qalib gəlməmişdikmi biz?
Yenə və yenə. Əl çəkməyəcək bizdən, daim bizlə olacaq.
Uduzuruq. İtiririk. İnamımızı, sevgimizi və bəlkə də qəlbimizi. Payız yarpağıtək saralıb - solmuş, qar dənəciyi kimi həssas və soyuq oluruq. Hər şeyə qarşı vecsizləşirik. Hisslərimizi yıxıldığımız yollarda unuduruq. Daim nur saçan biz, qara, yağmurlu buludlara dönüşürük. Keçdiyimiz hər boz küçədə içimizdən bir parça qopub düşür və ayaq altında tapdalanmasına izn veririk.
Nə zamandan bu günə qaldıq görən? "Niyə belə soyuqqanlısan?" sualı bizə haçandan verildi? Yoxsa biz bir müddət öz daxilimizi hamıdan gizlədirdik? Və indi anladıq, biz heç vaxt onlar kimi ola bilməyəcəyik. Kiçik xoşbəxtliklərə belə sevinməyə qadir olmayan bizlər problemlərimizi gülüş altında gizlədib güclü görsənməyi bacaranlardan deyilik. " Hər şey yaxşı olacaq " təsəllisi artıq bizim üçün deyil, dost. Çünki biz zülmətin və reallığın lap dərinliklərində kor olaraq qalmış, azmış Ulduzlarıq.

Ulduzlar

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ne maraqli meqaledir(((...ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.