AyGün
Hüzndəyəm şair. Halımı soruşma səndə, ey adəm övladı. Kimsəsiz bir dünyada kimsəsiz bir qadını sevdim. Keçmiş dünyada alimlər həmən o qadına yeni dünya deyərdilər, amma mən yox. O kimlərinsə dünyası deyildi və ya kiminsə.Onu Tanrı yaratdı buludların arasında, o sürmə gözlü qadın idi, çobanyastığları arasında böyüdü . Ən çoxda qara saçlarını sevərdim, Tanrının yaratdığı ən gözəl və dəyişilməyən bir rəngə sahibiydi saçları. Günəşi gördüm buz şəhərində, ovuclarım qızındı bir anlığına. Sən günəşsən sandım, əllərimi səndən başqa bir varlıq necə qızdıra bilərdi axı ?. Günəşdən soruşdum: "Mən bilmərəm, gecəni gözlə"- söylədi. Gecə qaranlığı, bulud baxçalı qadın. Gecə qaranlıqında əllərim dondu, Ay səni məndən uzaqlaşdırdı. İsinmirdi daha əllərim, özüvü məndən soyutduğun kimi qızmırdı qəlbimdə olan günəş, sənsizlikdə çırpındığım kimi.