Gənclik və Səadət

05 Şubat 2016
1 950
3
Gənclik və Səadət
Gənclik və Səadət


Gənclik və Səadət


Günlərin bir günündə gənc bir oğlan Səadətini axtarmağa çıxır. Az gedir, çox gedir, gəlib bir təpəyə çatır. O, təpədən baxıb aşağıda uca imarətli, küçə və meydanları adamla qaynaşan bir şəhər görür.

Qədim, gur bir şəhər. Cavanın ürəyi çırpınır. O, aşağı enib şəhərə yaxınlaşır. Darvazaçı gənc olduğunu görüb, onu şəhərə buraxır. O, həyəcanla izdihamlı küçələrdən keçir. Ətrafda çağlayan gözəlliyə, cah-cəlala heyranlıqla baxır. Nəhayət, o meydanların birində dayanıb Gəncliyinə belə deyir:

— Bura bax, görürəmki bu şəhərdə Səadəti əldə etmək o qədər də asan deyil. Bunun üçün mübarizə dolu illər lazımdır. Sən Səadətsiz heçnəsən, sənsiz də Səadətin bir faydası yoxdur. Buna görə, gəl belə eləyək. Mən gedim Səadət üçün mübarizəyə başlayım, sən məni burada gözlə. Heç yana getmə ha!
Cavan oğlan bunu deyib izdihama qarışır.


Neçə illərdən sonra o, Səadəti ilə Gəncliyinin dalınca gəlir. «Aha, odur həmin meydan. Hardasan, Gəncliyim?» — qışqırır.
Amma artıq Gəncliyi yox idi. İllər alıb aparmışdı.


Gənclik və Səadət
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Gözel Hekaye id əsas odur ki ruhumuz genc olsun teşekurler
  2. Bella
    • Bella
    • 6 Şubat 2016 21:19
    Zaman elə dövr edir ki, onu saxlamaq belə qeyri- mümkündür. Gənclik də hər kəs üçün mənalı, səadət dolu bir dövrdür. İllər keçsə də təbii ki, onlar geri qayıtmayacaq. Ancaq buna baxmayaraq əksər insanlar ümidsizliyə qapanıb " gəncliyimi geriyə qaytarardım" fikri ilə yaşayırlar. Əlbəttə ki, bu düşüncələr əbəsdir. Əsas olan insanın gəncruhlu olması və gözəl düşüncələridir. Gənclik heç də yaşda təzahür etmir. Ən önəmlisi gəncliyi düşüncələrdə yaşatsaq daha qənaətbəxş sayılar.
    Hekayə də gəncliyə aid olduğundan çox xoşuma gəldi və bu baxımdan fikirlərimi bildirmək istədim. Sağ olun)
  3. allah bendesi
    cox sag olun paylaşim ucun.iller gencliyini alir insanin..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.