Deyirlər

04 Mart 2016
2 307
2
Deyirlər
Deyirlər

Deyirlər

Deyirlər,insanlar kədərli görünə bilirlər.Amma
kədərin özünü indiyə qədər görən olmayıb.Bəs
kədər yoxdursa nədir bu insanları üzən ?Hə,bir də
sən kədərli olarkən haradan tapır insanlar deyib-
güləcək şeyləri,maraqlı deyil ?
Nəysə,amma kədərli olarkən birisini doğma sanıb
sarıla bilmək gözəl hissdir,məncə...
Deyirlər,insanlar sevincli görünə bilər.Amma
sevincin özünü indiyə qədər görən tapılmayıb.Sevi
ncli olarkən keçirdiyin hissləri bircə sən
anlayırsan.Amma,sevincli olarkən birisini doğma
sanıb sarıla bilmək gözəl hissdir,məncə...
Deyirlər,insanlar dostluq etməyi bacarırlar.Dost
luğu öz gözləriylə görən və ona toxuna bilən şəxsi
tapmaq uğrunda axtarışlar hələ də davam
edir.Bəlkə də dayandırılıb,dünyadan xəbərim
yoxdur.Hə,dostluq edərkən də gərək dostunun
bütün səhvlərinə göz yumasan,bağışlayasan.Bu
dünyada sizə qalan 2-3 nəfər olacaqsa onlar da o
siyahıdadır.Düzdür,bəzən möhkəm inciyərsən
onlardan,amma birini dost sanıb sarıla bilmək
gözəl hissdir,məncə...
Deyirlər,insanlar sevə bilirlər.Maraqlısı burasıdır
ki,sevginin özünü gözləriylə görən insan gəlməyib
yer üzünə.Bəs onda bu qədər sevgi şeirləri,mahnıl
ar necə ? Uydurmadır,hamısı yəqin
ki...Ümumiyyətlə,sevərkən də adam kimi sevəsən
gərək.Ürəyini açmayasan,ən yaxşısı
gizlətməkdir.Amma,sevdiyin birinə sarıla bilmək
gözəl hissdir məncə.
Həə.Bir də deyirlər ki,Tanrı var.Amma onu da
gözləriylə görən biri yoxdur,təəssüf ki.İnancsız
insanları anlamaq da bir az çətindir.Ən çətin
zamanında son ümid yeridir,məncə Tanrı.Hər şey
üstünə gələndə yenə də ondan bir möcüzə
gözləyərsən ki,hər şey əksinə dəyişsin.Düzdür
,bəzən Tanrıdan da incik düşürük və edilən dualar
heç də həmişə yerinə yetmir,amma Tanrıya
sarılmağı çoxları arzu edir,məncə...

Deyirlər



Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Çox beyendim Ən gözeli Allahi sevmekdi Əllerineize sağliq
  2. allah bendesi
    Nəysə,amma kədərli olarkən birisini doğma sanıb sarıla bilmək gözəl hissdir,məncə...beyendim meqaleni ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.