Bir axşam

04 Mart 2016
1 806
1
Bir axşam
Bir axşam

Bir axşam

Bir axşam yuxusuz qaldığınız gecələri düşünün. Yatağın sol tərəfində qurduğunuz o saf xəyalları düşünün. Gördüz alınmır, xoşbəxt olduğunuz bir anı düşünün. Məktəb illərindən kiçik, amma üz güldürən bir fraqment, qar topudan yorulmuş bir əlcək, bir gecə Tanrıyla səmimi söhbət...
- Düşünün.

- Pəncərə önündə yaradanla sirrlərinizi, qeyd dəftərində yazdığınız etirafları düşünün. Cəmi bir-iki cümlə, az amma, səmimi danışıq. Düşünün, o gecə səmimiyyətdən söylədiyiniz və bəlkədə günah sayılan duaların şirinliyini. Çoxmu sadə, çoxmu mohtəşəm?
- Dur, dur həyəcanlamma, bilirəm. Çünki o gecə məndə ordaydım, məndə dua edirdim və məndən savablardan ötə bir rahatlıq yaşıyırdım. Əslində dəyərli bir varlıqlarıq, sadəcə "qismət və qürur" adlandırdığımız bu iki şey,bizə əngəl törətdi. Nə mübarizə apara, nədə geri gətirə bildik ötənləri.
- Gedənlərin gedişini belə, həyatımızdan gözəl sandıq.
Dostum bilirsənmi gözəl olan nə, bir sabah ayılıb bütün ailəni yanında görmək?
- Düzdü bilmirəm bu yazını oxuyanlar kimlər və necə birilər, amma ən azından oxuyacaq kəslərin bir dostu olacağına şübhəm yox. Səmimiyyət dediyin içdən gələr, içdən gedənlər isə, daimi olmayanlardır. Və hər sabah ayıl, düşünə biləcəyin tək bir şey olsun " və bu gündə oyana bildim".
- Heç kəs aciz deyil, hər kəsin bir gedəni var, bilirəm. Amma bir düşünün biz olsaqda-olmasaqda o günəş yenə doğacaq və unudulmaz adlandırdığımız müqəddəslər belə, bizim üçün doğmalığını itirəcək bir qədər. Tanrının sistemi bu və buna görədə önəmsəməyin həyatı. Düşün, bir yerlərdə yaşa, bacarırsan kəşf et!
- Yazılarımın sonsuz, mənimsə cəmi 19 yaşım var. Və nə zaman həyatdan narazı olsam, zaman bi yerlərə yazmış olur "1-0 səndən öndə". Qalib gəlmək şərt deyil, əsas olan hər cürə mühitə əsasən gülümsəməyindir.
Bir axşam



- Süleyman Əliyev
Bir axşam
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    her zamanki kimi beyendim..cox sag olun paylaşim ucun ellerinize sagliq Suleyman Eliyevin yazilarin hevesle oxuyuram
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.