Bir arzu tut: 12-ci hissə

03 Nisan 2016
1 747
3
Bir arzu tut: 12-ci hissə
Bir arzu tut: 12-ci hissə


Yazar: Məsudə Cabba

Bir arzu tut: 12-ci hissə

- Castin, dərhal qayıtmalıyıq, eşidirsən? Bizə ehtiyyacları var!
- M m mənn Mən yox! Mən yox! Mən gələ bilmərəm mümkün deyil!
- Sarsaqlama! Onsuz da səni tanımırlar, bir az yanlarında olaq sonra qayıdarıq.
- Bir halda ki məni tanımırlar, o zaman orada olmağımın da bir mənası yoxdur. Məni soruşsalar, yəni əvvəlki Castini, deyərsən ki, xəbərin yoxdur, hər şey qaydasına düşəndə mən bir bəhanə uyduracağam
- Sən əminsən? Yəni məncə getsək yaxşıdır..

- Hə, əminəm, getmək istəmirəm, biran əvvəl hər şey həll olunsun.
Aleks fikrindən döndürməyə çalışsa da bunun faydasız olduğunu anladıqdan sonra Castini nənəsi ilə birlikdə evdə qoyub özü Benjamingilin yanına getdi. Castin qorxudan əsən əllərini gizlədə bilmək üçün Aleksdən mümkün olduğu qədər məsafəli dayanmağa çalışırdı. İçində dayanmadan pıçıldayan peşmanlıq hissi, beynini yeyib bitirən suallar onu bir an belə rahat buraxmadı.. Hə, ola bilsin ki, onu bu halı ilə heç kəs tanımır və əvvəlki halına döndükdən sonra heç kəs sübut edə bilməyəcək ki, cinayəti o törədib..Amma.. Bəs vicdan əzabı? Bu günahla və böyük sirrlə necə yaşamaq olardı?
- Vaxtdır! Biz çıxmalıyıq
xanım Ameliyanın səsindəki kəskinlik onun fikirlərini bıcaq kimi ikiyə ayırdı
- Gə..gəlirəm

Castin bir daha görməyəcəyi bu qapının dəstəyini son dəfə özünə doğru dartdı.Aradan səssiz addımlarla dolu 4 saat keçdi. Küknar ağaclarının üstünlük təşkil etdiyi bu, dağ üzərində kök salan meşədə gözləri par-par parıldayan bayquşları görmək içinizdəki dizlərinizi əsdirən qorxu hissini daha da artırırdı.
- Buradan keçərkən ehtiyyatlı ol, üzərini sarmaşıqların örtdüyü bu quyu indiyə qədər çox insanı qonaq edib. Özü də çox qonaqpərvər sayılmaz. Qalacaq bir yer verir qarşılığında isə həyatını alır.
Castin udqunmaqda çətinlik çəkdiyini hiss edərək:
- Yaxşı..ıı..Siz buraları yaxşı tanıyırsınız deyəsən?

- şəhərdən uzaqda yaşayarkən məcbur olursan ki, həyatla mübarizə tək başına qatılasan. bu zaman isə yaralarını sarımaq üçün dərmanın hər zaman cibində olmalıdır.
- Bəs sağalmayan yaralar?

Bir arzu tut: 12-ci hissə

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Vicdani onu rahat qoymaz görey meşede ne baş verir çox sağolun
  2. Xusha
    • Xusha
    • 3 Nisan 2016 17:28
    Vicdan ezabi yashamamalidi, duz edib oldurub yoxsa namusu lekelenerdi!
  3. allah bendesi
    vicdan ezabi hec vaxt rahat buraxmayacaq eger sirr olaraq saxlasa..axirki mesheye getdiler gorek neler olacaq teshekkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.