İnandığımız nağıllar 10-ci hissə

31 Mart 2016
1 116
1
İnandığımız nağıllar 10-ci hissə
İnandığımız nağıllar 10-ci hissə

Yazar: Məsudə Cabbar
İnandığımız nağıllar 10-ci hissə

o ki, olur, saatın əqrəblərinin səsini eşidirsən gecələr.. Tik tak..Tik tak.. Bu səsi o qədər sevirdim ki, əvvəllər..
Amma bir an gəldi və nifrət etməyə başladım illərin sevgisinə.. Hər keçən saniyə sonluğa doğru gedirdi.. Hər keçən saniyə bizi sürətlə "o" günə yaxınlaşdırırdı..
Dodaqların Allah deməkdən quruduğu həmin lənət gecələr məni anamsız keçəcək böyük bir həyata hazırlayırdı..
Ən səmimi duaları insanlara xəstəliklər etdirir.. Bir dəfə xoş günümüzə oturub da dua etmirik. Nə vaxt ki, qızdırman qalxdı, ayağına bir daş dəydi yapışırsan Allahın ətəyindən..
Bəlkə də insanoğlu heç zaman böyüməyən balaca bir uşaqdır Tanrının gözündə.. Yoxsa bu qədər böyük mərhəmətin başqa izahı ola bilməzdi..
Mənim dualarım cavabsız qalmışdı..Amma olsun..
Allahı hələ də ən azı həmin günlərdəki qədər çox sevirəm..Bəlkə də , bu qədər çirk və kinlə dolu dünyaya layiq bilmədiyindən aparmışdı yanına, kim bilir ?
Evimizi alan adamın əlli yaşı olardı təxminən.. Cəmi iyirmi min manata satdıq illərin xatirələrini.. Cəmi iyirmi min solğun kağız parçası qarşılığında uçub getdi başımızın üzərindəki dam..
İnanırsınız ki, o adam evə baxmağa gələn zaman halımızı elə gördü ki, bizə aylarla vəziyyətimizi düzəltməyimiz üçün zaman tanıdı.. Aylarla..Ta ki, anam aramızdan ayrılana qədər..
Günlərim o qədər yoğun keçirdi ki, saatlar hardan gəlib haradan gedirdi, bilmirdim. İşdə olan zaman vaxt uçurdu dörd bir yanımdan.. Bu məni həm dəli kimi qorxudur, həm içimi rahatladırdı.. Anamı həm görürdüm ,həm görmürdüm çünki..
Onu görməyə dayana bilmirdim.. Göz altları çuxurlanmış, rəngi süd qədər bəyaz və solğun, yuxusuz..yorğun..vaxtsız qocalan qadın..
Onunla keçirə bildiyim hər saniyəyə dörd əllə yapışmalı idim..
Amma bu o qədər ağır gəlirdi ki.. Ovuclarımı var gücümlə sıxsam da, barmaqlarımın arasından süzülüb gedirdi, narin qum dənəcikləri kimi.. Narin və küləyə tap gətirə bilməyəcək qədər gücsüz..
İçinə etdiyimin dünyasında kasıb olaraq doğulmuşduq..Tək günahımız bu idi..
Həkimlərlə dəfələrlə danışsam da hamısı bir ağızdan eyni cümlələri qurdu.. Çox gec imiş.. Edəcəyimiz ən güclü müalicə belə onun bədənindəkki olan qalan gücü tükətməkdən başqa bir işə yaramayacaqmış..
Anlayacağınız..
Əlimizdəki pulun demək olar hamısı , anamın daha az ağrı çəkməsi üçün lazım olan sərvət dəyərindəki dərmanlara getdi..
Ən azından özü belə deyirdi..

Ağrımıram..
Bəs niyə gecə boyu oflamaları bitmirdi ? Niyə bu kar olmuş qulaqlarım , hər gecə onun xırıldayan səsini eşidirdi ? Bu zibillər nə işə yarayırdı o halda ?
Qırırq qırırq yatırdı.. Birdən sıçrayaraq oyanırdı gecələr, birdən yavaş yavaş.. Ayağa qalxmağa çalışsa da azca doğrulduqdan sonra yenə düşürdü çarpayısı üstünə.
Yardımımla qalxırdı ayağa.
O, əlimdə tutduğum hansısa ləyənə dəfələrlə öyüyərkən, üzünə tökülən saçlarını arxaya sığallamaq nə deməkdir, İlahi.. Addımlarını qırıq qırıq atardı son zamanlar.. Sanki 39 deyil də, 70 li yaşlarının sonunda biri kimi..
Bir müddət keçdikdən sonra ayağa belə qalxa bilmədi..
Adətən, hər sabah oyanarkən məni salamlayar, zorla da olsa gülümsəyərdi..
Bir sabah yerimdən qalxan zaman anamın səsini eşitmədiyimin fərqinə vardım.
Dəli kimi qalxdım yerimdən və çarpayısının önünə atdım özümü. Dərindən nəfəs aldım..

Üzümə baxırdı..Tanrıya şükür..
İçimə yayılan rahatlıq o qədər böyük və tərifsiz idi ki, anamın gözündən axan yaşın fərqinə varmağım bir neçə dəqiqəmi aldı..
Ağlayırdı ?
- Ana.. ? Nə olub ? Niyə ağlayırsan ?
Sualım bitər bitməz balaca bir uşaq kimi hıçqırmağa başladı əllərini üzünə tutaraq. Nə olduğunu anlamağa çalışırdım ki, birdən gözüm yatdığı çarpayının ortasına sataşdı..
- İlahi..Ana, qurban olum, niyə ağlayırsan ? Bunda nə var ki ? Sən məni bu vəziyyətdə az görmüsən ? Mən az islatmışam öz yerimi ?? Hə ? İndi yerimizi dəyişmişik. Axı bu bir oyundu, yadından çıxıb ? Oyunda isə biz yerimizi dəyişmişik , xatırladın ? İndi mən sənin oğlun deyiləm, əksinə sən mənim qızımsan..
Gülümsəyərək əllərini üzündən çəkib alnından öpdüm.

- İndi səni qaldıraq , yaxşıca təmizləyək..Olacaqsan gül kimi qız !

İnandığımız nağıllar 10-ci hissə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
allah bendesi
ALLAHim bele ovladlarin sayini cox et..o qeder derin duygulu hekayedirki ne bilim insan fikrini bele ifade etmekde cetinlik cekir recourse ..cox teshekkur ellerinize sagliq sad

ƏN SON XƏBƏRLƏR

HAMISI
Tarixdə Bu Gün - 6 Dekabr
09:00
0

Tarixdə Bu Gün - 6 Dekabr

Psixologiya Yazılı Şəkilləri 2019 (15)
21:00
558

Psixologiya Yazılı Şəkilləri 2019 (15)

06.12.2019 Gündəlik Bürclər (6 Dekabr 2019)
20:00
2 523

06.12.2019 Gündəlik Bürclər (6 Dekabr 2019)

Daha Arıq Görünməyin Sirləri
19:00
323

Daha Arıq Görünməyin Sirləri

2020 Yeni il Şəkilləri (5)
18:30
365

2020 Yeni il Şəkilləri (5)

Yorğunluğu əmələ gətirən 14 səbəb
18:00
123

Yorğunluğu əmələ gətirən 14 səbəb

Bəlkə Bir Gün Yazılı Şəkilləri 2019 (11)
17:00
652

Bəlkə Bir Gün Yazılı Şəkilləri 2019 (11)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
297

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

20 qəpiklik qara kömür bu xəstəliklərdə kömək edir – SİYAHI
15:00
251

20 qəpiklik qara kömür bu xəstəliklərdə kömək edir – SİYAHI

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ