Darıxdığım biri var,amma edə biləcəyim bir şey yox
Ah bu ağılıma dolan mənasız sözlər...
Nə vaxt ağlasam, nə vaxt səni düşünsəm gəlirlər...
Dağları deş deyərlər,çöllərə düş deyərlər.Deyərlər deyərlər amma məni heç düşünməzlər...
Göydən yağış yağardı yazda; dərə kimi olardı şəhərin küçələri.Mənsə o yağışlarda islanardım. ..Kimse olmazdı küçələrdə və prospektlərdə, tək mən və yağış...Pəncərələrdə mənə gülənlər, barmaqlarıyla məni işarə edənlər üzməzdi məni...Məni üzən tək sənsizlik idi...
Səni axtarardı gözlərəm, nədənsə səni görə bilməzdilər. Bəlkə sən bu sonsuz pəncərələrdən birində idin,bəlkə də yağışı seyr edirdin.Yağışsa, məni seyr edirdi...
Nə yağışlar gördü bu gözlər, nə yağışlar bu gözləri...Deli desən çaşmaram,çünki nə vaxt yağış yağdısa küçələrdə mənim ayaq səslərim eşidildi...
Bəlkə bilməzsən,yağışında bir mahnısı vardı.Bilməm görəsən onunda ağılında nazlı bir sevimlimi vardı...
Mənimsə nə bir mahnım vardı nə də ürəyinə toxunacaq bir gözəl sözüm...Bir fit çalmağı belə bacara bilmədim,anladım ki öskürmək qədər asan deyilmiş...Bilirsənmi mən hələ barmaqlarımla fit çala bilmirəm...
O yaz günü islanmaları nə tez gəlib keçdi...
Ayaqqabılar köhnəltdim,yolları köhnəldə bilmədim....
Əgər sonunda sən olsaydın ən bitməz görülən yolları heç düşünmədən gedərdim əmin ol...
Həmişə səni axtardım dayandım,bilməzsən səndən başqasına yar deyə bilmədim...
Bilmirəm, bəlkə də səni heç görə bilməyəcəyəm...
Bilmirəm niyə səni sevdiyimi söyləyirəm? Bilmirəm...
Yağış yağarkən,küçəyə niyə atıldığımı bilmədiyim kimi...
İndi bir yağış yağsa, mən yenə atılaram küçəyə...Təkrar gəlirsənsə mənə,yenə söyləyərəm,səni sevirəm deyərəm...
Səni niyə sevdiyimi soruşma məndən...
Mən bilirəmmi yağışı niyə sevdiyimi...