....Lazım Olmayanı Danışma...

01 Şubat 2015
1 514
0
....Lazım Olmayanı Danışma...
....Lazım Olmayanı Danışma...


http://smayli.ru/data/smiles/liniia-1153.gif

"Sənə aid olmayan”
– dedikdə, bu elə bir şeydir ki, sussan, əvəzində bir günah yazılmaz və sənə bir zərər toxunmaz.. Məsələn, bir qrup camaatla birgə oturub söhbət edərkən, etdiyin səyahət haqqında danışmağın..
Oradakı ağaclar, dağlar vəya kiminləsə görüşməyin haqqında danışmağın belə buna adi ola bilər..

Əgər danışdığın əhvalatda qiybət, riya və məzəmmət olmasa belə, bu – vaxtının boş yerə sərf edilməsindən başqa bir şey deyil.. Hətta, bu azmış kimi, qarşındakı insanın da, vaxtını zay edirsən..

Həmçinin, bir qardaşına: "Sən oruclusan?” – deyə verdiyin sual da, buna aid ola bilər.. Beləki, əgər qarşındakı insan: "Bəli, orucluyam” – desə, onun bu əməli gizli əməllər siyahısından çıxar.. Şübhəsiz ki, gizli şəkildə edilmiş xeyirli bir əməl, aşkar bir şəkildə edilmiş əməldən daha xeyirli, daha fəzilətlidir.. Əgər həmin şəxs: "Xeyr, oruclu deyiləm” – deyərsə, yalan danışmış olar.. Əgər cavab verməsə, sənə hörmətsizlik etmiş olar.. Beləliklə, sən onu ya riyaya, ya yalana, yada məşəqqətə sürükləyirsən..

Həmçinin, qarşı tərəfdən sənə aid olmayan bir soruşmağın.. Qarşındakı insan sənin sualına cavab verməyə həya edir..

Bura həmçinin, sənin bir qardaşını görərkən ondan: "Haradan gəlirsən?” – deyə verdiyin sual da, aid ola bilər.. Beləki, ola bilsin qarşı tərəfə, sənin bu sualına cavab verməyə mane olan bir səbəb olsun.. Əziz qardaşım, sən belə etməklə qardaşının yalan danışmağına səbəb ola bilərsən..

Ey müsəlman qardaşım, sənə aid olmayan şeyi danışma və bil ki, bu, nəfsə çox ağır gəlir..

http://smayli.ru/data/smiles/liniia-1153.gif
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.