Həyatın 8 qızıl qaydası

02 Şubat 2015
3 119
0
Həyatın 8 qızıl qaydası
Həyatın 8 qızıl qaydası


Həyatda elə insanlar var ki, yaşamaq üçün məhz qaydalarla hərəkət edirlər.
Hərəkət etmək üçün, sevinmək üçün, həyatda irəliləyə bilmək və s. üçün müxtəlif cür qaydalar var.
Bu gün sizlərə təqdim edəcəyim isə məhz həyatda uduzmamaq üçün həyatın 8 qızıl qaydasıdır. Xəbərin davamını oxuyun.

Qayda 1: Əsla özündən şübhə etmə... Sən nə hiss edirsənsə o hər vaxt doğrudur. Dünyadakı bütün insanlar toplansa və sənə əksinəni söyləsə belə sənin hiss etdiklərin sənin üçün doğrudur. Onlar fərqli hiss edə bilər, fərqli düşünə bilər amma bu sənin hiss etdiklərinin səhv olduğunu göstərməz, yalnız onlardan fərqli olduğunu göstərər.

Qayda 2: Əsla fərqli olduğun üçün utanma. Əgər ətrafında sənin kimi düşünən, səni anlayan insanlar yoxsa o zaman çirkin ördək balası hekayəsini xatırla... Ehtimalla sən səhv yerdə, səhv insanlarla birlikdə olduğun üçün səni anlamırlar. O halda hədəfin aid olduğun yeri tapmaq olmalıdır. Əsla möhtəşəm bir insan olduğun gerçəyini unutma və ördək olmaq üçün məşğul olma.

Qayda 3: Mümkün olduğunca kimsənin sənin adına qərar verməsinə icazə vermə amma başqalarının haqqlı ola biləcəyini də unutma. Bu həyat sənin və istədiyin kimi yasamaya haqqın var, lakin başqalarını dinlə və onların fikirlərini anlamağa çalış.

Qayda 4: Ailən xaricindəki insanlarla əlaqələrində əsla öz ehtiyaclarını ikinci plana atma və özünü xəyallarla aldatma. Hər vaxt, amma hər vaxt ƏVVƏL! sən gəlməlisən. Əsla başqa insanlar kədərlənməsin deyə özünü üzməyi seçmə. Sən qaldıra bilirsənsə, onlarda qaldıra bilər. Qarsındakı insan sənin xoşbəxtliyini düşünmürsə və sənin kədərlənməyinə yol açırsa, o zaman o insan sənə dəyər vermir deməkdir. Bu kəsləri dəyişdirəcəyini ya da sənə zamanla əhəmiyyət verəcəyini düşünmə. Sənə qarşılıqsız sevgi verən və sənin üçün hər şeyi gözə ala biləcək tək insanlar ailəndir.

Qayda 5: Əsla itirməkdən qorxaraq, sırf inanmaq istədiyin üçün qarsındakı insanin sevgi sözlərinə inanma. Sevgi insanin ürəyindədir, gözlərindədir, davranışlarındadır, səs tonundadır, sənə verdiyi əhəmiyyətdə və dəyərdədir, sənin üçün etdiyi fədakarlıqlardadır. İnsanlar çox qısa zamanda sevgi sözlərini çətinlik çəkmədən eyni kitabdan oxumuş kimi deməyi bacarırlar. Bunları dinlə amma gerçək sevgini qarsındakının davranışlarına baxaraq tap. İnanmaq istədiyin üçün deyil,gerçək olduğu üçün qarsındakı insanin sözlərinə inan...

Qayda 6: Hər vaxt amma hər vaxt, mütləq ürəyini dinlə. Həyatda sənin üçün nəyin doğru olduğunu bir tək içindəki səs söyləyə bilər. Bu səbəbdən içindəki səslə danışmağı öyrən. Hər gün özünlə qalmaq üçün zaman ayır və ürəyini dinlə. Başqa şəkildə hiss etmək üçün razı salmağa deyil, həqiqətən nə hiss etdiyini tapa bilmək üçün dinləməyə çalış. Bəzən içindəki səs sənə çox çətin gələni etməyini söyləyə bilər ya da eşitmək istəmədiklərini söyləyə bilər Qorxma... Və içindəki səsi dinləməyə davam et...

Qayda 7: Həyatda ən böyük dostun sən ola biləcəyin kimi həyatdakı ən böyük düşmənin yenə sən ola bilərsən. Seçimini et və özün üçün dostmu yoxsa düşmənimi olacağına qərar ver. Canındakı bütün ağrıları sovuşdura bilərsən, hər şeyə baxmayaraq xoşbəxt olmağı bacara bilərsən, istəsən cinsi vərdişlərini buraxa bilər və hər vaxt yenidən başlaya bilərsən. İstəsən özünə yeni bir həyat qura bilərsən. Əgər özün dostu ola bilsən.

Qayda 8: Əsla təcrübə qazanmaqdan qaçma Nə qədər çətin olursa olsun, yenidən ayağa qalx və yola davam et. Həyati öyrənmək üçün o təcrübələrə ehtiyacın var. Ürəyin eşq ağrısı ilə yaralanmış isə, sonsuza qədər özünü eşqə bağlama. Ruhun insanların mərhəmətsizliyi ilə incimiş isə, həyata küsüb özünü qaranlıq bir dünyada yaşamağa məcbur etmə. Bədənin çox böyük ağrılar çəkmişsə, özünü keyidib buraxma. Unutma müdrik insan həyati yaşayandır. Cəsur insan qorxusuzca davam edəbiləndir. Qəhrəman insan bütün ağrılarına baxmayaraq məğlub olmayandır
.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.