Güzgülər və O Güzgüdəki İnsanlar...!

03 Şubat 2015
2 578
0
http://media.tumblr.com/a87280aa53eafa0bf55e8e34daa14045/tumblr_inline_ms5i0fpOxG1qz4rgp.gif
http://media.tumblr.com/a87280aa53eafa0bf55e8e34daa14045/tumblr_inline_ms5i0fpOxG1qz4rgp.gif


Yəqin ki, hər biriniz getmisiniz?

Adətən elə yerlərdə "gülüş güzgüləri" olur. Fərqli əyriliklərdəki bu güzgülər, insanları olduqlarından çox fərqli göstərir. Fiziki vəziyyətlərinin necəliyini bilən insanlar, bu güzgülərə baxdıqları zaman istər-istəməz gülürlər. Çünki hər bir güzgünün qarşısına keçdikləri zaman, özlərini daha uzun, ya da daha qısa, ya kök və ya da ki, olduqlarından daha arıq görürlər. Özünü tanıyan insanların bu fərqli görüntülər qarşısında gülmələri və ya gülümsəmələri təbiidir. Bu güzgülərin arasında insanları güldürməyən yeganə bir güzgü var. Dümdüz olan bu güzgü, insanları olduğu kimi göstərir. İnsanlar bu güzgünün qarşısında ümumiyyətlə gülməzlər.
Niyə gülsünlər ki?

Bu güzgünün qarşısında güldükləri zaman öz hallarına gülmüş olacaqlar! Bu güzgünün qarşısında gülmək bir tərəfə, onun ciddiliyini və doğruluğunu bilərək özlərinə çəki-düzən verərlər. Bu, doğru bir güzgü qarşısında, doğru bir hərəkətdir.

Yaşadığımız cəmiyyətdə əli qələm tutan və ya əlinə qələm tutdurulan yazarlar da, insanlar və hadisələr qarşısında bir güzgü rolunu oynayırlar. Yazıçının dünya görüşünə və güddüyü mənfəətlərə görə dəyişə bilən bu güzgülər çox müxtəlifdir. Hakim güclərin mətbuat təzyiqindən xilas ola bilməyən insanlar, özlərini və onlarla əlaqədar hadisələri sözü gedən hakim güclərə xidmət edən yazarların güzgülərində görərlər.

Nə olduqlarını və nə olmadıqlarını bilmədikləri üçün güzgüdəki görüntülərini həqiqət hesab edərlər! Eyni şeytana xidmət edən fərqli yazarların güzgülərində özləri kimi mövqeyi olmayanları bir qarış, mövqedə oturanları isə iki arşın görməyə alışdıqlarından, bu gerçəkləri də artıq qəbul ediblər!
Bundan sonra hədlərini bilmələri və hakim güclərə qarşı qulluqlarını ifa etmələri lazımdır. Çünki güzgülərdən əks olunan görünüş, barış və hüzur içində köləlik etməyi, köləlik etmələrini vacib edir.
Təbii ki, etdikləri bu köləlik, dünyanın salamatlığı üçündür.
Axirət salamatlığı üçün, ALLAHa inanan insanlar olaraq müslümanlığı qəbul etmələri, yəni müsəlman olmaları vacibdir. Çünki müsəlman olaraq əbədi cənnət hayatını qarantiyaya aldıqları zaman, həm könülləri rahatlayacak və həm də adi dünya həyatında çəkdikləri köləliyə, çətinliklərə sinə gərmələri asan olacaq!
Hakim güclər onların bu vəziyyətini gördükləri üçün, onların bu ehtiyacını da qarşılamaqda gecikməz. Sank və cübbə geyərək kürsülərə oturan acgözlər, artıq fironların mənfəətlərinə zərər verməyəcək bir dini anlatmağa başlamışlar!

Modern müsəlmanlığın necə olması gərəkdiyi, böyük bir cürətlə və böyük bir qışqırıqla hər tərəfdə əks-səda verməkdədir. Onların anlatdıqları dinə görə bir insan yalnız ALLAHa inanmaqla mömin, cümə namazına getməklə müttəqi, beş vaxt namaz qılmaqla övliya olur!
Necə müsəlman olduqlarıni görə bilmək üçün, acgözlərin tutduğu bu güzgülərə baxan insanlar, təbii ki, uhrəvi [axirət] narahatlıqlarından xilas olaraq rahatlanırlar. Bu güzgülərə baxdıqları zaman, nə gözəl müsəlman olduqlarını görür və bu müsəlmanlıqları ilə fəxr edirlər!
Özlərini və onları maraqlandıran hadisələrı belə güzgülərdə görməyə vərdiş edən və güzgülərdə gördüklərini həqiqət zənn edən bu insanlar, - nadir də olsa, - dümdüz bir ayna ilə qarşılaşdıqları zaman təbii ki, çaşarlar!
Niyə çaşmasınlar ki!
Dümdüz olan bu güzgüdə, böyük fironlar ilə bərabər onlar özləri də eyni boyda görünürlər!
Böyük, böyük adamları sıravi bir insan kimi göstərən bu güzgü onları qorxutmuşdu. Ayrıca bu güzgüdəki görüntüləri, digər güzgülərdə gördükləri kimi müsəlmanca bir görünüş də deyil.
Lakin bu çaşqınlıqları uzun sürməz.

Özlərini digər güzgülərdə görüb, digər güzgülərdə tanıdıqları üçün, bu güzgüdəki görüntülərin həqiqəti əks etdirmədiyini anlayırlar!
Artıq rahatlamışdılar.
Güzgüdəki görüntü onların olmadığına, onları əks etdirmədiyinə görə narahatlıqlarına heç bir ehtiyac yoxdur.
Bu güzgüdəki görüntülər, başqalarına aiddir!
Bir-birlərini dürtmələyərək və güzgüdəki görüntüləri göstərərək gülməyə başlayarlar. Hadisələri və insanları heç adət etmədikləri bir şəkildə göstərən bu güzgü, onların xoşuna gəlir. Gülməyə, təkrar-təkrar gülməyə davam edərlər.
Təbii ki, öz hallarına deyil, başqasının halına, təbii ki, özlərinə deyil, başqalarına güldüklərini zənn edərlər!
Sanki Lunaparkdakı “qəhqəhə güzgüləri”nə gəliblər..
Lakin onları güldürən güzgü onları olduğu kimi göstərən dümdüz bir güzgüdür!

Nəfslərinə xoş gələn görüntüləri daima başqalarına nisbət edərək, başqalarına güldüyünü zənn edən, lakin əslində öz halına gülən insanlardan olmayaq.
Önümüzdəki güzgü, yaşanılan vəziyyəti olduğu kimi göstərən, düz, dümdüz bir güzgüdür!...



http://s2.favim.com/orig/28/cute-edward-mirror-sad-Favim.com-231096.gif
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.