Hicabın olar-olmazları

15 Şubat 2015
4 208
0
Hicabın olar-olmazları

Əgər hicaba keçmisənsə, bütün qohum və tanışlardan başıaçıq olan vaxt çəkdirdiyin şəkilləri geri almalısan. Bu nə dərəcədə düzgündür?

-Dininizə əməl etməkdə diqqətli olmağınız çox yaxşıdır, lakin başıaçıq çəkdirdiyiniz və qohumlarınızın əlində olan şəkilləri geri almağınıza ehtiyac yoxdur.

Dinimizə görə, hicablı xanımın linza taxması günahdır?

-Xeyr, dinimiz buna qadağa qoymur, hansı rəngi bəyənirsinizsə, gözlərinizi həmin rəngə boyaya bilərsiniz.

Bilmək istərdim ki, müsəlman qadın ova gedə bilər?

-Ov etmək kişilərə halal olduğu kimi qadınlara da halaldır. Nəinki ov edə, hətta balıq da tuta bilərsiniz.

Hicablı xanımlara əlvan rəngli, güllü naxışları olan örtüklərdən istifadə etmək olar, yoxsa ancaq qara rəngli hicab örtülməlidir?

-Əlbəttə olar, hələ belə bir atalar misalı da var: gözəllik ondur, doqquzu dondur.

Dinimizə görə, örtülü xanım çimərlikdən istifadə edə bilər?

-Bəli, hicablı xanımlar qadınlara məxsus çimərlikdən istifadə edə bilərlər.

İslama görə hicablı qadın dırnaq uzada bilır?

-Dinimiz hicablı qadınların dırnaq uzatmasına heç bir məhdudiyyət qoymur.


Hicabın olar-olmazları
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.