Qeybət etmək – bağışlanılmayan günahdır..

09 Mayıs 2015
2 966
0
Qeybət etmək – bağışlanılmayan günahdır..
Qeybət etmək – bağışlanılmayan günahdır..

Allahın Rəsulu (s.ə.s) qeybəti belə tanıdır: “Qeybət qardaşımızın xoşuna gəlmədiyi şeyi söyləməkdir”. “Əgər söylədikləriniz qardaşınızda varsa qeybət etmiş olarsınız, əgər yoxdursa, onda ona iftira (böhtan) etmiş olarsınız”.
Qeybət etmək – bağışlanılmayan günahdır..
Qeybət bütünlüklə haram olan böyük günahlardandır.
Islam qeybəti ciddi şəkildə qadağan etdi və haram buyurdu. Çünki bunda qardaşlıq əlaqələrini qırmaq, dostluq və məhəbbəti məhv etmək, düşmənçilik və eyblərin üzə çıxması təhlükəsi vardır. Buna görə Allah bu əmələ nifrət etdirmək üçün Qurani - Kərimdə qeybət edəni öz ölü qardaşının ətini yeyənə bənzədib: “Ey iman gətirənlər! Çox zənnə - gümana qarılmaqdan çəkinin. Şübhəsiz, zənnin bəzisi günahdır. Bir – birinizin sirrini arayıb – axtarmayın, bir – birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşınızın ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Allah tövbələri qəbul edəndir, Rəhimlidir”!(Əl – Nucrat, 12).

Qeybət edənin gözəl əməlləri qeybət olunan şəxsə yazılır.
Rəvayət edirlər ki, birisi Həsən Bəsriyə “Eşitdim, mənim qeybətimi etmisən”, - deyə onu tənbeh etmiş istəmiş, Həsən Bəsri isə belə cavab vermişdi: Sənin mənim yanımda bu qədər izzət və rəğbətin yoxdur ki, yaxşı cəhətlərimi sənə hədiyyə edim. Qeybət etsəm, anamın, atamın qeybətini edərəm. Çünki, qeybət etməklə yaxşı nəyim varsa, qeybətini etdiyimə vermiş oluram.
Qeybət etmək – bağışlanılmayan günahdır..
Qeybət edənlə onu dinləyən şərikdirlər.
Imam Nəvəvi demişdir:”Müsəlman kəs qeybət edildiyini gördükdə onu bu işdən çəkindirməli,əgər o bu işdən əl çəkməzsə,özü oradan getməlıidir.Hətta qeybətçini məsuliyyətə cəlb etmək üçün məsələ qaldıra bilər”.
Allahın Rəsulu (s.ə.s) “Kim bir qardaşının şərəfini hədəfə alan qeybətçiyə mane olub onu susdurarsa, onu Cəhənnəmdən qurtarmaq,Allah üzərinə bir haqq olur”,-demişdir.

İnsanlar arasında qeybət sayılmayan,əslində,qeybət olan hallar.
Biri digərinin xoşlamadığı bir şeyi olmadığı halda deyir: ona,”Dalca danışma!” deyidiyi zaman,
”Bu sözləri onun üzünə də söyləməyə hazıram” cavabını verir. Bu heç də onun bu işdə doğru olduğuna əsas vermir; çünki artıq o bu insanın xoşuna gəlməyən bir şeyi demişdir. Bu da qeybətdir. “Bu sözləri onun üzünə də deməyə hazıram” məsələsinə gəldikdə isə bunun bəyənilən bir məsələ olduğu haqda heç bir dəlil yoxdur.
Bəzən günahkar adamın dalınca çox danışırlar. Amma buna heç kəsin əsası yoxdur. Belə olsaydı, hər müsəlmanın qeybətini etmək olardi. Çünki elə bir mömin yoxdur ki,günahı olmasın.

Qeybət etmək – bağışlanılmayan günahdır..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.