Cənnət anaların ayaqları altındadır!

09 Mayıs 2015
3 558
7
Cənnət anaların ayaqları altındadır!
Cənnət anaların ayaqları altındadır!
Allahın Peyğəmbəri (s): "Cənnət anaların ayaqları altındadır."
Allahın Peyğəmbəri (s) ("Elə çirkin işlər yoxdur ki, görməmiş olum. Mənim tövbə və qayıtmağıma bir yol varmı?" deyə soruşan kişiyə cavabından): "Ata-anandan sağ olanı varmı? Ərz etdi: "Atam." Buyurdu: "Get və ona yaxşılıq et." "EyHəmin kişi gedəndən sonra Allahın Peyğəmbəri buyurdu: kaş anası sağ olaydı."
İmam Sadiq (ə): "Bir kişi Peyğəmbərin yanına gəlib dedi: Ey Allahın Peyğəmbəri! Kimə yaxşılıq edim? Buyurdu: Anana. Ərz etdi: Ondan sonra kimə? Buyurdu: Anana. Ərz etdi: Daha sonra kimə? Buyurdu: Atana."
Cənnət anaların ayaqları altındadır!
Ata-ananı incitmək.
İmam Sadiq (ə): "Ata-anaya qarşı ən xırda hörmətsizlik "off!" deməkdir. Allah ondan daha xırdası olsaydı, şübhəsiz ki, qadağan etmiş olardı."
İmam Sadiq (ə) ("Mehribanlıqla onlara qarşı təvazökarlıq göstər" ayəsi haqqında): "Baxışlarını yalnız mehribanlıq və ürək yanğısı ilə üzlərinə dik.Səsini səslərindən yuxarı qaldırma, əllərinin üstünə əl qaldırma və özünü onlardan qabağa atma."
İmam Sadiq (ə) ("O ikisi ilə gözəl danış" ayəsi haqqında ): "Səni döysələr belə de: Allah, sizləri bağışlasın."

Ata-anaya qarşı itaətsizlik.
Allahın Peyğəmbəri (s): "İtaət etməyən övlada deyiləcək: Nə iş (ibadət) istəyirsən et, ancaq mən səni bağışlamayacağam."
Allahın Peyğəmbəri (s): "Kim ata-anasını kədərləndirsə, onlara qarşı ağ olmuşdur (incitmişdir)."
İmam Sadiq (ə): "Valideyinə itaətsizlik böyük günahlardandır. Çünki Allah-taala itaət etməyən övladı üsyankar və bədbəxt etmişdir."
İmam Sadiq (ə): "Valideyinə itaətsizlik etməkdən biri də insanın onun gözünün içinə dik baxmasıdır."
İmam Sadiq (ə): " Kim ona zülm etmiş ata-anasına kinli baxsa, Allah onun heç bir namazını qəbul etməz."
İmam Hadi (ə): "Valideyinə itaətsizlik yoxsulluğa səbəb olar və zillətə gətirib çıxarar."
Cənnət anaların ayaqları altındadır!
Ata-anaya yaxşılıq etməyə həvəsləndirmək.
İsra,ayə 23,24: "Sənin Allahın ondan qeyrisinə sitayiş etməməyi və ata-anaya yaxşılıq etməyi müəyyən etdi.Onlardan biri və ya hər ikisi sənin yanında qocalsalar, onlara (hətta) off da demə. Onlara acıqlanma və onlara layiqincə söz danış. Ona mehribanlıqla təvazökarlığını aç və de. İlahi məni kiçik yaşlarımda böyütdüklərinə görə onların hər ikisinə rəhmət et."
Allahın Peyğəmbəri (s) (Ata-ananın övladları üzərində haqqı barədə suala cavabından): "Onlar iki cənnət və cəhənnəmdir."
Allahın Peyğəmbəri (s) (Allah yanında ən sevimli işlər barədə ibn Məsudun sualına cavabından): "Vaxtında qılınan namaz." Ərz etdim. Daha sonra nə? Buyurdu: "Ata-anaya yaxşılıq."
Allahın Peyğəmbəri (s): "Kim ata-anasına yaxşılıq etsə ALLAH onun ömrünü uzadar.Xoşa onun halına!"
Allahın Peyğəmbəri (s): "Allahın şadlığı atanın şadlığındandır. Allahın kədəri Atanın kədərindəndir."
İmam Rza (ə): "ALLAH... Özünə, ata və anaya təşəkkür etməyi əmr etmişdir. Kim ata-anasına təşəkkür etməsə, Allaha təşəkkür etməmişdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
gulawqa
Sitat: Agali
Analar muqeddesdir bele halda qadinlara seytan demey bele gunahdir

chox dogru fikirdi qatillam
...KüsgÜn...
beli mencede .....maraqliydi
Drea..
ALLAH razı oLsun dəyərLi və gözəL xəbərə gorə
Dear..
Gözəl və dəyərli sözlərdi...təşəkkürlər
sema
  • sema
  • 9 Mayıs 2015 19:45
ALLAH anami mene cox gormesin men onunla nefes aliram 12
PaPaTYa
=Fontun adini dedə)

=Super xəbərdi
Agali
  • Agali
  • 9 Mayıs 2015 17:49
Analar muqeddesdir bele halda qadinlara seytan demey bele gunahdir
RƏY ƏLAVƏ ET