Romantik yoxsa ağıllı qadın

16 Ağustos 2014
8 553
0
Romantik yoxsa ağıllı qadın
Romantik yoxsa ağıllı qadın





Romantizm əksər insanlar tərəfindən mənfi bir xüsusiyyət hesab edilmir, hətta romantizmin əslində hər insanın xarakterində az-çox olması lazım olan əhəmiyyətli bir xüsusiyyət olduğuna inanılır. Bu düşüncəyə görə romantizmin səbəb olduğu hərəkətlər yaşanması lazım olan insani duyğulardır. Buna görə də, romantizmdən qaynaqlanan'incimə, şikayət etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, əsəbilik'kimi yanlış xüsusiyyətlərin 'insanın içindən gələnduyğular' olduğunu iddia edərək daima buna təşviq edirlər. Gəlin "mütləq” doğru kimi qəbul etdiyimiz "romantizmə” bir də fərqli aspekdən baxaq, ən əsası, bunun haqqında yenidən fikirləşək

Romantizm ən çox qadınlara xas xüsusiyyət kimi göstərilir, xüsusilə də, bəzi qadınların xarakterində özünü biruzə verən romantizm insanın zəif xarakter göstərməsinə səbəb olur. İnsan hadisələr qarşısında duyğularının özünü istiqamətləndirdiyi kimi hərəkət etdiyi üçün ağıldan çox uzaqlaşır. Bu halda məntiqli və doğru düşünə bilməyəcək, məqsədəuyğun qərarlar qəbul edə bilməyəcək vəziyyətə düşəcək. Bəs həqiqətən də, ağıldan və məntiqdən uzaqlaşıb hisslərinə qapılmaq bir insana, bir qadına, xüsusən möminə yaraşarmı?
Müsəlman qadın bütün həyatını və xarakterini Qurana görə təyin etdiyi üçün, nəfsin bu xüsusiyyəti və ona qarşı necə mübarizə aparmaq haqqında ən doğru məlumatlara malikdir. Romantizmin insanın ağlını örtdüyünü, doğru düşünə bilməsinə, həqiqətləri olduğu kimi görə bilməsinə mane olduğunu, insanı zəif, müqavimətsiz və gücsüz hala gətirdiyini bilir. Bundan başqa, duyğularına qapılmaq, kədərlənmək, ağlamaq, deyinmək, hirslənmək, qısqanclıq etmək, içinə qapanmaq kimi davranışların iman sahibi bir insanın xarakterinə yaraşmayan xüsusiyyətlər olduğunun da şüurundadır. Çünki bütün bu davranışlar Allah`ın bəyənmədiyi davranışlardır. Bu mənfi davranışların hər biri insanın imanının zəifliyindən və bəzi gerçəklərini tam qavramadığından irəli gəlir. Asanlıqla hüznə qapılan, ağlayan, nəfsinə məğlub olan, qısqanclığa qapılan, durğunlaşan, səssizləşən, içlərinə qapanan insanlar Allah`ın gücünün, hər şeyi xeyir, hikmət və ədalətlə yaratdığının, istədiyi an istədiyi hər şeyi reallaşdıra biləcəyinin, insanların dualarına cavab verəcəyinin şüurunda deyillər.

Allaha könüldən bağlılıq, səmimi təslimiyyət, hər hadisənin Allah`ın idarəsində olduğunu bilərək hər şeyi xeyir gözü ilə qiymətləndirmək, insanın duyğularına qapılıb mənfi əxlaqgöstərməsinə mane olur. Müsəlman qadın Allah`a olan güclü sevgisi və dərin Allah qorxusundan romantizmin səbəb olduğu bütün yanlış davranışlardan çox çəkinər. Müsəlman qadın cüzi hadislərdən təsirlənib pis əxlaq göstərən qadın deyil, öz gözəl əxlaqı ilə hər kəsə nümunə olan, güclü iradəli qadındır. Bu gözəl əxlaqının nəticəsində də Allah`ın "... Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır." (Həşr surəsi, 9) ayəsi ilə bildirdiyi kimi, nəfslərini pisliklərdən təmizlədikləri üçün dünyada və axirətdə nemətə, rahatlığa qovuşar və xoşbəxtliyi ən gözəl şəkildə yaşıyarlar.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.