"Komplekslər"

14 Şubat 2016
1 349
2
"Komplekslər"
"Komplekslər"





Yazar: MehribanKerimova


Bir insan tipi var ki, onlara "yapışdırıq" deyilir. Çünki iş- gücləri gördükləri hər şeyi özlərinə yapışdırıb, bununla da özlərinə "xarakter" yaratmaqdır. Pis insan ol, hamının xətrinə dəy, amma olduğun kimi ol. Çünki hamının həyatda öz rolu var. Məsələn:
Dəri şalvarlar olduqca dəbli geyimdi. Əgər bədən quruluşunuz buna əl verirsə geyinə bilərsiz. Yox sadəcə dəbdədir və gözəldir deyə, çox kök bir qızın dəri şalvar geyindiyini düşünün. Nə şalvarda gözəllik qalar, nə də qızda.
Əgər hansısa fikrimlə razı deyilsizsə ya da nəsə əlavə etmək istəyirsizsə, mənə mütləq bildirin. Çünki müzakirə mövzularını sevirəm.
Deyəcəksiz ki, Meh düz danışmır. Amma əziz dostlar əmin olun ki, mənim yaşda olan insanlar əslində bundan qat- qat çox şey bilməlidirlər. Fikirləri nə dərs kitabından, nə də internetdən tapıb yükləmək olmur. Zaman- zaman etdiyimiz müşahidələr bizim dünya görüşümüzü artırır. Ona görə də deyirəm ki, bəsdir özünüzü güddüz. Biraz rahat buraxın özünüzü qıraqda nələr baş verir bir baxın. Kiminsə qəmli olduğunu görüb düz keçməyin. Burnunuzu soxun)) ağıl vermək və ya sakitləşdirmək üçün yox. Bəzən, bir kəlmə belə deməsən yaxşıdı. Sadəcə DİNLƏMƏYİ bacarın. Susun və qarşınızdakına imkan verin içini sizə açsın. Bu empatiya qurmağa kömək edəcək. Əmin olun ki, bundan artıq heç nə tələb olunmur. Adi dost məsləhətini verməyi belə bacarmayan insanlar üçün, ən qısa çıxış yolu "boş ver" sözündən keçir. Əmin olun ki, bu sözü hansı dostunuza desəz o üzə vurmasa da sizi səmimiyyətsiz hesab edəcək. Özünüzü başqasının yerinə qoymağı bacarın. Siz ki, başqasının sevgisini və qayğısını dibinə qədər sömürməyi bu qədər yaxşı bacarırsız, heç olmazsa biraz da başqasına qayğı göstərin.
SƏMİMİ OLUN. BE KİND YƏNİ.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    sag olsun Bella geniş yazib movzu haqqda..mende onun fikirlerine qatiliram..sanki herkes bir birinden uzaqlaşir ne bilim ..ellerinize sagliq coxx gozel meqaledir
  2. Bella
    • Bella
    • 14 Şubat 2016 22:37
    Çox gözəl və ibrətli xəbərdir. Qeyd edim ki, indiki zəmanədə hər kəs özünü düşünür. İndi mənəvi dəstək belə əksər insanlara çox gəlir. Nədənsə biz zamanı qınaq obyektinə çeviririk. Ancaq zaman elə həmin zamandı , lakin insanların sevgiləri çox azalıb. Hətta xəbərdə qeyd olunduğu kimi gərək necənsə, elə olmağa çalışmalısan. Çox təəssüf ki, artıq əksər insanlarda aktrisa və aktyorluq məharəti uğurla alınır.. Saxta gülüşlər, saxta sevgilər də baş alıb gedir. Bunun üçün də insanların bir- birinə olan güvəni də azalır. Ancaq bunlara rəğmən insan özünə güvənməli və ən çətin anlarda belə çıxış yolunu tapmağa çalışmalıdır. Təşəkkürlər)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.