Antropofobiya

21 Şubat 2016
1 559
1
Antropofobiya
Antropofobiya

Antropofobiya

Həyata başlanğıcımdan bəlli idi buralara, bu şəhərə aid olmadığım. Qara geyimli insanların varlığı məni biraz darıxdırır, birazda qorxudurdu. Burada qadınlara təcavüz edilir, uşaqların məktəbə getməsi yasaqlanırdı. Çox qaranlıq, üstəlik küləkli şəhərdə məskunlaşmışdım. Hər kəs burda birilərindən qorxur. Əslində qadın kişidən, gücsüz güclüdən, savadlı savadsızdan və's. Hər kəs tələsir, hər kəsin vacib işi var sanki. Sanki dünyanın bütün problemləri bu insanların üzərinə yüklənib. Biriləri müəllimlərin dərs keçməməsindən şikayətlənir, bəziləri müəllimin dərs keçməsindən. Geriyə baxdıqda əslində hər birində qorxu var. Müəllim töhmətdən, tələbə imtahandan qorxur. Birdə ən dəhşətlisi olan valideyn qorxusu var. Bunu etməlisən, bu nəticəylə qəbul olmalısan, hüquqşünas yox, polis olmalısan kimi ifadələrlə qorxudulan gənclər və gəncliyimiz. Xülasə burada hər kəs qorxur və susur.

Antropofobiya
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Milana
    Xebere göre teşekkürler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.