HZ.Əli Ə.s sözləri

16 Kasım 2014
3 990
0
HZ.Əli Ə.s sözləri
HZ.Əli Ə.s sözləri

Mömin adam gününü üç zamana ayırar: bir hissəsində rəbbiylə münacat edər. ONA ibadət edər; bir hissəsində öz nəfsini mühasiblik edər; bir hissəsində də halal və gözəl ləzzətlərlə məşğul olar.



Nə qədər qan vardır ki onu dil tökər

Bir adamı layiqindən çox tərifləmək riyadır, yaltaqlıqdır; layiqindən az tərifləməksə ya dilsizlikdən irəli gələr, ya həsəddən.

Uşaqlarınızı bu günə görə deyil, gələcəyə görə yetişdirin.

çalışanlar, pislik düşünməyə vaxt tapa bilməzlər İşləməyənlər isə, özlərini pislikdən qurtara bilməzlər.


Qənaət tükənməz maldır


Bildiyim, tanıdığım andan bəri haqqı inkar etmədim. Mənə göstərildiyi andan bəri haqqda şübhəyə. Düşmədim, yalan danışmadım. Kimsə də mənim yalan danışdığımı söyləmədi. Mən nə yolumu azdım , nə də mənim üzümdən biri yolunu azdı.

Ağıl tamamlandımı söz azalar

Hikmət möminin yedik malıdır; bu mal, şər əhlinin əlində olsa belə onu götürməsi lazımdır.

Bir cəmiyyətin etdiyinə razı olan, onlardan sayılar. Onlardan sayılan hər adamın da iki günahı vardır: o işi işləmək günahı, o işə razı olmaq günahı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.