Diz və dirsək baxımında praktik məsləhətlər

Diz və dirsək baxımında praktik məsləhətlər
Diz və dirsək baxımında praktik məsləhətlər
Edəcəyiniz praktik baxımlarla bu qorxunuzdan xilas olun.

Diz - dirsək və dabanlar bədənin sürtünməyə ən çox məruz qalan bölgələridir. Bu səbəblə də qısa zamanda sərtləşərək, quruyur və tünd bir rəng alır. Bu görünüşü 3 addımda yox edə bilər, ipək kimi bir dəri, yumşaq diz - dirsək və çatlaqsız dabanlara qovuşa bilərsiniz.



1. Diz - dirsək ya da dabanlarınızı ovucunuza aldığınız bir miqdar təmizləmə məhsulu ilə təmizləyin. Tətbiq etdiyiniz hissəni yumşaq bir süngər ya da bez köməyi ilə yumru hərəkətlərlə yavaşca sürtün. Beləcə o hissədəki ölü hüceyrələrdən təmizlənmiş olacaq və daha parlaq və yumşaq bir görünüş əldə edəcəksiniz.

2. Ayaqyalın gəzmək ayaqlarınızda çatlar meydana gəlməsinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün duşdan əvvəl ayaqlarınızı bir miqdar karbonat qatılmış suda isladın, duş əsnasında ponza daşı ilə dabanınızı yaxşıca sürtün. Diz və dirsəklərinizdə ibarət olan sərt təbəqəni yox etmək üçün isə, badam yağının içinə əlavə olunmuş bir çay qaşığı limon suyunu bezə sürüb o bölgəyə bağlayın və 20 dəqiqə gözləyin. Həm rənginin açıldığını, həm də hamar olduğunu görəcəksiniz.

3. Sürtünməyə ən çox məruz qalan diz - dirsək və daban hisslərində olan çatlaqları və sərtləşmələri yox etmək üçün nəmləndirici bir üsul tətbiq edin. Bunun üçün, bal və badam yağı asanlıqla çata biləcəyiniz mükəmməl bir köməkçidir. Hər duşdan sonra bu bölgələrə sürməyə laqeydlik etməsəniz yumşaq və hamar bir dəriyə sahib olacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.