Çiyələk maskası ilə civzələrə yox deyin

Çiyələk maskası ilə civzələrə yox deyin
Çiyələk maskası ilə civzələrə yox deyin
Çiyələklər cıvzələrin müalicəsində istifadə edilən və salisil turşu ehtiva edən meyvələrdən biridir. Bazarlarda satılan bütün məhsulların tərkibində eyni maddə vardır. Bu maska​​, dərinizin sızanaq və civzələrdən təmizlənməsinə və ölü hüceyrələrdən azad olmasına, dərinin daha gənc görünməsinə kömək edəcək. Bu maska həmçinin​​, dərinizin stresslə əlaqədar olan ləkə, civzə və sızanaqlardan tımizlənməsində də əvəzsizdir...
Vəsaitlər:

- Yarım çay fincanı təzə çiyələk

- 1 xörək qaşığı turş krem

- 2 çay qaşığı bal



Hazırlanması:


Bütün vəsaitləri blenderdan keçirin.
Turş krem etmək üçün, marketlərdə satılan 200 qramlıq paketlərdə satılan kremi alın. Bunu bir kasaya qoyub, içinə 1/8 dilim limonun sununu əlavə edin, blenderlə qarışdırın. Orijinal krem əldə etmək üçün isə, təzə xama alıb 1 həftə turşumağa qoyun. Nəzərinizə çatdıraq ki, paketlərdəki krem pasterizə olduğu üçün turşumaz.

Qarışığı üzünüzə, alnınıza sürtün və 20 dəqiqə gözlədin.

Əvvəl ilıq, sonra soyuq su ilə durulayıb və dəsmalla qurulayın.

Ciyələk allergik təsirə malik olduğundan maskanı dərinizin müəyyən yeirndə yoxlamadan istifadə etməyin!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.