İmam Hüseynin fəziləti
İmam Hüseyn barəsində bir çox hədislər rəvayət edilmişdir. Bu hədislərin hamısı onun Peyğəmbərə, onun əhli-əyalına və onun səhabələrinə nə qədər əziz olduğunu, onların Hüseyni nə qədər çox sevdiyini göstərir.
Rəvayət edilir ki, həcc ziyarətində bir nəfər Abdullah ibn Ömərdən (həcci yerinə yetirərkən) ihramda olan adamın milçək öldürməsi barədə soruşdu. İbn Ömər dedi: “Ay camaat! İraq əhalisi milçək haqqında soruşur. Halbuki, onlar Peyğəmbərin qız nəvəsini öldürmüşlər (onların xəyanəti nəticəsində Hüseyn Kərbəlada şəhid edilmişdir). Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Bu dünyada bunlar (Həsən və Hüseyn) mənim üçün iki reyhan bitkisi kimidirlər”. (Səhih əl-Buxari, 3753).
Aişə rəvayət edir ki, bir səhər Peyğəmbər əynində qara yundan əba evdən bayıra çıxdı. Bu vaxt Əlinin oğlu Həsən, onun ardınca Hüseyn, onun dalınca Fatimə, onun dalınca da Əli Peyğəmbərin yanına gəldi və o, onları əbasının altına alıb bu ayəni oxudu: “Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir” (əl-Əhzab surəsi, 33). (Səhih Muslim, 2404).
Bureydə rəvayət edir ki, Peyğəmbər xütbə verərkən Həsən və Hüseyn əyinlərində qırmızı köynək, özləri də büdrəyə-büdrəyə ona tərəf gəldilər. Peyğəmbər minbərdən düşüb onları qucağına aldı, sonra da önündə oturdub dedi: “Allah doğru buyurmuşdur: “Həqiqətən, var-dövlətiniz və övladlarınız ancaq bir sınaqdır”( ət-Təğabun” surəsi, 15). Mən bu körpələrə baxıb büdrəyə-büdrəyə gəldiklərini görüb dözmədim, sözümü yarımçıq qoyub onları yanıma qaldırdım”. (Sünən ət-Tirmizi, 4143).
Yələ ibn Murra demişdir: “Bir dəfə biz Peyğəmbərlə birgə yola çıxdıq və yemək süfrəsinə dəvət olunduq. O zaman Hüseyn yolda oynayırdı. Peyğəmbər camaatın önündə yüyürərək əllərini Hüseynə tərəf açdı, gah o yana, gah da bu yana sağa-sola keçərək və uşağı güldürərək onu qucağına aldı. Peyğəmbər bir əli ilə onun çənəsinin altından, o biri əli ilə də onun başından tutub onu yüngülcə sıxaraq öpdü. Sonra dedi: “Hüseyn məndəndir, mən də Hüseyndən! Həsən və Hüseyni sevən hər kəsi Allah da sevər. Onlar nəvələrin nəvəsidir.” (Ədəbul-Müfrəd, 364).
Rəvayət edilir ki, Usamə ibn Zeyd demişdir: “Bir dəfə gecə mən bir işdən ötrü Peyğəmbərin yanına gəldim. O, evdən bayıra çıxdıqda əbasının altında nəsə var idi, lakin mən bunun nə olduğunu ayırd edə bilmədim. Mən işimi həll etdikdən sonra dedim: “Ya Rəsulullah! Əbanın altında saxladığın nədir?” O, əbasını qaldırdıqda mən Həsən və Hüseynin onun dizləri üstündə oturduğunu gördüm. Onda Peyğəmbər dedi: “Bunlar mənim nəvələrim, qızımın övladlarıdır! Allahım, mən onları sevirəm, Sən də həm onları, həm də onları sevən kəsləri sev!” (Səhih Sünən ət-Tirmizi, 8/269).
Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Bir dəfə Peyğəmbər Həsən və Hüseyni götürüb bizim yanımıza gəldi. Uşaqlardan biri onun sağ çiynində, o biri isə sol çiynində oturmuşdu. Peyğəmbər növbə ilə gah bunu, gah da onu öpürdü. Nəhayət, gəlib bizim yanımıza çatdıqda bir nəfər dedi: “Ya Rəsulullah, sən, həqiqətən də, onları çox istəyirsən!” Onda Peyğəmbər dedi: “Kim onları sevərsə, məni sevmiş olar, kim də onlara nifrət edərsə, mənə nifrət etmiş olar”. (Müsnəd imam Əhməd, 2/440).

R.T.Fikammm