Amin nə deməkdir? Mənşəyi nədir?

22 Kasım 2014
2 172
0
Amin nə deməkdir? Mənşəyi nədir?
Amin nə deməkdir? Mənşəyi nədir?
Sual: Məlumdur ki, Fatihə surəsini və duaları oxuyandan sonra: “Amin!” deyilir. Bunun mənası nədir? Bəzi mənbələrdə qeyd olunub ki, amin sözü amen sözündən əmələ gəlib. Guya Amen qədim dövrlərdə bir yəhudi tanrısı imiş. Bu kimi fikirlər nə dərəcədə düzdür? Nəyə görə Fatihədən sonra: “Amin!” deyilir?

Cavab: “Amin” demək sünnətdir. Bu o deməkdir ki, Muhəmməd peyğəmbər (s. a. v.) özü də belə edib və müsəlmanlara bunu məsləhət görüb. Bu məsələ ilə əlaqədar hədislər aşağıdakı kimidir:

Əbu Hüreyrə nəql edir: Rəsulullah (s. a. v.) belə dedi:


“Pişnamaz: “Amin”, – deyən kimi siz də: “Amin”, – deyin. Çünki kimin “amin”i mələklərin “amin”i ilə üst-üstə düşsə, keçmiş günahları bağışlanır”.

İbn Şihab nəql edir ki peyğəmbər əleyhissalam: “amin” deyirdi.1

Buxarinin külliyatında belə bir hədis də var:


“Qari (oxuyan): “amin”, – dedikdə siz də deyin. Çünki mələklər də: “amin”, – deyirlər. Kimin “amin”i mələklərin “amin”i ilə üst-üstə düşsə, keçmiş günahları bağışlanır”.2

Bu sözün İsrailiyyatdan irəli gəldiyini mənbələrə baxıb qəbul edən müsəlmanlar görəsən, nə üçün eyni mənbələrdə qeyd olunmuş yuxarıdakı məlumatlara etibar etmirlər?!? Sözün mənşəyinin nə əhəmiyyəti var? Peyğəmbərimizin bu sözü işlətməyi bir müsəlman üçün kifayət deyilmi?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.