Fərqli kişi xarakterləri..

09 Aralık 2014
2 141
0
Fərqli kişi xarakterləri..
Fərqli kişi xarakterləri..

Cahiliyyə cəmiyyətinin batil ənənələrinin təsirini üzərində daşıyan xarakterlərdən biri də "kişi xarakteri"dir. Yazılı bir tərifi olmasa da, cahiliyyə cəmiyyətini demək olar ki, hər üzvü bu xarakterin bütün xüsusiyyətlərini əzbər bilir. Hələ uşaq doğulmadan əvvəl ailə üzvləri doğulacaq körpəoğlan olarsa, ona bu xarakteri necə verəcəklərini planlaşdıraraq xəyallarqururlar. Çünki hər şeydən əvvəl bu əxlaqın yaşandığı bir cəmiyyətdə oğlanuşağına sahib ola bilmək böyük bir qürurdur. Cahiliyyə cəmiyyətində hörmət edilən xüsusiyyətlər "kişi dediyin.." ifadəsi ilə başlayır. Onlara görə kişi xarakterinin ilk prinsipi güclü və üstün olmaqdır. Bu təlqin kişilərdə qadınlara nisbətən daha güclü bir şəxsiyyət meydana gəlməsini təmin edir. Əlbəttə, güclü xarakterə sahib olmaq gözəl bir xüsusiyyətdir, ancaq cahiliyyə cəmiyyətində nəzərdə tutulan güc Quran əxlaqında bildirilən güclü xarakter anlayışından çox uzaqdır.

Mərhəmətsizliyə, sərtliyə, şəfqətdən uzaq olmağa və hətta şiddətə əsaslanan üstünlük və güc anlayışı cahiliyyə cəmiyyətindəki kişi xarakteri üçün təbii görünür. Cəmiyyətdəki digər tarazlıqlar da kişinin bu üstünlük iddiasını dəstəkləyəcək xüsusiyyətə malikdirlər. Cahiliyyə cəmiyyətindəki qadınların böyük əksəriyyəti ikinci dərəcəli bir xarakteri mənimsəmişlər. Bu vəziyyətdə kişilərin üzərində daha üstün ola biləcək ikinci bir xarakter yoxdur. Bu düşüncə onlarda qeyd-şərtsiz bir üstünlükduyğusunun inkişafına səbəb olur. Bu səbəblə də ümumiyyətlə kimsədən, xüsusilə də qadınlardan gələcək heç bir tənqidə, ya da tövsiyəyə dözmürlər. Hər bir kişi özünü cəmiyyətin görmək istədiyi kimi olmağaməcbur edir və qoyulan hədlərin xaricinə çıxmamağa səygöstərir. Çünki cahiliyyə bu cəmiyyətdə "kişi xüsusiyyətlərini"yerinə yetirə bilməmək insanı hörmətdən salan haldır. Bir kişi uşaqlığından yaşlılığına qədər hər an çox güclü və çox cəsur olmaq məcburiyyətindədir. Heç bir hadisədə əsla ən kiçik bir zəiflik, uduzma və kişi xarakterinin əksi olan bir davranış göstərməməlidir. Belə ki, xəstələndiyində və ya hər hansı bir səbəbdən acı çəkdiyində nə olur olsun gərək bunu bildirməsin. Çünki bütün bunlar yalnız qadınlara xas xüsusiyyətlərdir və kişinin bu acizvəziyyətə düşməsi cahiliyyə cəmiyyətinin dünyagörüşünə görəona "yaraşmaz", ya da öz ifadələri ilə desək, "kişi ağrı hiss etməz".

Ancaq bunu da əlavə etmək lazımdır ki, cəmiyyətin kişiyə verdiyi güclü, cəsur, ya da hakim xarakterli olmaq kimi xüsusiyyətlərin heç birində səhv yoxdur və əslində bütün bunlar gözəl xüsusiyyətlərdir. Amma Quran əxlaqının yaşanmadığı cəmiyyətdə ortaya atılan bir üstünlük iddiası "qürur" və "lovğalanma" hisslərinin inkişafına səbəb olur ki, Quranda insanların bu cür davranışlardan çəkinmələri əmr edilmişdir:
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! (Loğman Surəsi, 18). Bu səbəblə də, əslində cahiliyyə kişilərinin müsbət ola biləcək bu xüsusiyyətləri lovğalanma meylləri səbəbindən mənfi xüsusiyyətlərə çevrilir. Nəhayət, meydana öz üstünlüyündən qəti əmin olan, nə öz həmcinslərinin, nə də digər insanların sözünə etibar etməyən eqoist bir şəxsiyyət çıxır.

R.T,Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.