Normal bədən tempraturumuz necə olmalıdır?

20 Aralık 2014
8 096
0
Normal bədən tempraturumuz necə olmalıdır?
Normal bədən tempraturumuz necə olmalıdır?

Bədən hərarəti nədir? Bədən temperaturunun normal temperaturun üzərinə çıxmasına bədən hərarəti adlanır. Ümumiyyətlə makatdan ölçülən normal bədən temperaturu 36.4 – 37.6 C, qoltuq altından ölçülən normal temperatur isə 36.5-37.0 C olaraq qəbul edilir. Uşaqlarda bədən temperaturu, yeniyetmələrdən daha yüksəkdir və bədən hərarətinin gün ərzində müəyyən ritmi vardır. Gün boyu səhər və axşam saatları arsında 0.5-1.0 C fərq olur. Bu vəziyyətə gündəlik temperatur ritmi deyilir. Uşaqlarda ən yüksək bədən temperaturu saat 17:00-19:00 arasında, ən aşağı temperatur isə saat 24:00- 06:00 arasında olur. Bədən hərarəti ağızdan, makatdan, qoltuq altı ya da qulaqdan ölçülə bilər. Qoltuq altı temperaturu, həqiqi bədən hərarətindən bir az daha aşağıdır.

Bədən temperaturunun 37 C-nin üzərində olduğu zaman bədən hərarətinin yüksək olmasından bəhs edilir. Qoltuq altı temperaturu 37-37.5 C arası , 37.6-37.9 C arası az bədən hərarəti, 38-38.5 C arası orta dərəcədə çox bədən hərarəti, 38.5-39.5 C arası çəx bədən hərarəti, 40 C-nin üzərində isə çox yüksək çox yüksək bədən hərarətidir. Qoltuqaltından təyin edilən bədən hərarəti ölçüləri makatdan götürülən ölçülərə görə 10 C daha aşağıdır. Bədən hərarətini müəyyən etmədə ən doğru ölçü metodu termometrdən (dərəcə) istifadə etməkdir. Əl təması ilə bədən hərarətinin ölçülməsi nisbi olub, həmçinin göstərilən şəraitə görə yanılmalara səbəb ola bilər.

Nəyə görə bədən hərarəti artır?
Bəzi bakteriya və virusların ifraz etdiyi maddələr və ya özləri, bədənimizə xəbərdarlıq edərək bəzi bədən maddələrinin artmasına yol açır. Bu maddələr də beynimizə təsir edərək bədən hərarətinin artmasına səbəb olur.
Bədən hərarətinin yüksəlməsi orqanizmdə nələrə yol açır?
Bədən hərarətinin yüksəlməsi zamanı titrəmə, əl və ayaqlardakı damarlarda müvəqqəti daralmağa bağlı olaraq əllər və ayaqlarda soyuma kimi əlamətlər ortaya çıxır.
Bədən hərarəti 6 ay-6 yaş arası uşaqlarda narahatçılığa yol açır; Həmçinin uşaqlarda sayıqlama, hallyusinasiya kimi təsirlər göstərir.

Bədən temperaturunun yüksək olduğu hallarla necə mübarizə edə bilərik?
1. Dərmanlar: Parasetamol, ibuprofen
2. Soyuk tətbiqi

Dərmanlar: Ən geniş istifadə edilən dərman parasetamoldur. Yan təsirləri olduqca az və etibarlı bir dərmandır.Dozu isə 4-6 saatda bir kiloqram başına 10-15 mg.dır. Gündəlik doza kiloqram başına 60 mg.ı keçməməlidir. Burada əhəmiyyətli olan dərmanın tərkibindəki parasetamolun neçə milliqram olmasıdır. Bu səbəblə dərmanın neçə milliqram olduğunu mütləq oxuyun.
Bədən hərarəti aşağı düşmürsə 4 saatda bir verilə bilər.

Xəbərdarlıq: Uşaqlar üçün mövcud olan və qripal hallarda istifadə edilən bəzi dərmanların içində parasetamoldan əlavə olaraq uşağın yaşına görə diqqətli istifadə olunmalıdır cünki tərkibində başqa maddələr də var. Bu dərmanlardan istifadə edərkən, içindəki parasetamol dozası da hesablanmalı və gündəlik doza keçilmədən digər hərarəti aşağı salan dərmanlar ona görə verilməlidir.
İbuprofen: Qısa müddətli istifadələrdə yan təsiri aşağı olan bir dərmandır. Doza hər 6-8 saatda bir kiloqram başına 5-10 milliqram. Gündə ən çox 4 dəfə, qeyd edilən dozalarda vermək olar.
Salisilatlar (Aspirin): Uşaqlara verilməsi məsləhət görülməyən bir dərmandır.

Soyuq tətbiqi: Bu tətbiq bədən hərarətinin azaldılmasında dərmanlara yardımçı olur. Bədən səthi geniş olduğu üçün kiçik uşaqlarda, bədən hərarətini aşağı salmaq üçün təsirli bir metoddur. Hamam suyu temperaturu 30 – 32 C olmalıdır. Buzlu su, ya da çox soyuq suya üstünlük verilməz. Hamam suyuna spirt əlavə olunmaz. Bir başqa üsul də yaş dəsmallarla bədən hərarətinə nəzarət edib tez-tez ölçərək bədən hərarətinin gedişini izləməkdir.

Bədən temperaturası yüksək olan uşağın olduğu mühitin temperaturu 21-22 C arasında saxlanılmalıdır. Uşağınızın bədən hərarəti yüksək isə üstündəki geyimləri çıxardın; Uyğun dozada hərarəti aşağı salan dərman verin və soyuq tətbiqi edin.Bədən hərarəti yüksələrkən titrəmə olduğu üçün, uşağınızın üstünü örtməyin.

Bədən hərarəti yüksək olan uşağa nələr edilməməlidir?
1. Alkoqol və sirkə ilə bədəni silmək
2. Üşümək qorxusu ilə geyimlərini çıxarmamaq və daha çox geyindirmək
3. Çox isti və ya çox soyuq içkilər vermək
4. Səhv bədən temperaturu aşağı salan dərmanlardan istifadə etmək - Həddindən artıq dozada və ya əksik dozada dərmqəbul etməmək. Uyğun zamanda qızdırma əleyhinə dərmanlardan istifadə etməmək.
5. 12 yaş altındakı uşaqlarda virus infeksiyalar olduğu zaman həkimlə məsləhətləşmədən dərman istifadə etmək.

Fövqəladə hallar: Qızdırması yüksələn uşaqlarda və xüsusən uşaqlarda aşağıdakı əlamətlərdən bir və ya bir neçəsi qızdırma ilə müşayiət edilirsə, vaxt itirmədən həkimə getməlidir. Çünki ciddi bir xəstəliyin də əlaməti ola bilən qızdırmaya aşağıdakı əlamətlər də əlavə edilə bilər;

1. Qızdırma xüsusilə 2 yaş altındakı uşaqlarda rastlanırsa (3 aydan kiçik uşaqlarda qızdırma, çox ciddi infeksiya əlaməti ola bilər. Bu səbəblə ilk bədən hərarətini aşağı salan dərmanı verdikdən dərhal sonra ən yaxın sağlamlıq ocağına müraciət edin.)
2. Bədən hərarəti körpələrdə və uşaqlarda 40 C-nin üzərində görülürsə və aşağı salına bilinmirsə
3. Körpə və uşaqlarda ağlama, inləmə və toxunduqda narahatçılıq varsa
4. Qızdırma ilə birlikdə yuxuya meyillilik varsa və çətin yuxudan ayılırsa
5. Cilddə bənövşəyi maddələr əmələ gəlirsə
6. Özünü bilmirsə və ya sayıqlayırsa
7. Çətin nəfəs alıb vermə başlayırsa
8. Udma çətinliyi çəkilirsə
9. Ümumi görünüşdə pisləşmə varsa
10. Boyun hissəsində kəskinləşmə varsa
11. Davamlı qusma, ishal olarsa
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.