Adəmin əsil məkanı

20 Aralık 2014
1 473
0
Adəmin əsil məkanı
Adəmin əsil məkanı


Həzrət Adəmin (ə) cənnətdən çıxmasını qeyri-adi bir hadisə kimi dəyərləndirmək düzgün deyil. O həzrət əslində insanı öz yerinə qaytardı. İnsan məhz yer üzündə yaşamaq, daim şeytanla mübarizədə olmaq, seçim qarşısında qalmaq, seçiminə uyğun olaraq günah və savab qazanmaq üçün yaradılmışdı.

Adəmin (ə) mələklərdən üstün edilməsi, İblisin ona səcdə etməkdən boyun qaçırması da bunlara müqəddimə idi. Bəşəriyyət Həzrət Adəmin (ə) yaradıldığı və bir müddət qaldığı cənnət adlı məkanda mövcud ola bilməzdi. Mütləq Adəmin (ə) və Həvvanın yer üzünə enmələri lazım idi.
Buna görə də Adəmin (ə) qadağan olunmuş meyvədən yeməsi əslində öz insanlığını, yəni seçim hüququnu və faili-muxtar olduğunu göstərən ilk hadisə idi. Əgər o, qadağan olunmuş meyvədən yeməsəydi və yer üzünə göndərilməsəydi, mahiyyət etibarilə insanın mövcudluğu təsəvvürə gəlməzdi.

http://i.hizliresim.com/DkzXRv.gif

R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.