İngiltərə krallarına Quran oxumaq təklif edilib

19 Aralık 2014
1 387
0
İngiltərə krallarına Quran oxumaq təklif edilib
İngiltərə krallarına Quran oxumaq təklif edilib


Britaniya kralı və ya kraliçasının tac qoyma mərasimində Qurani Kərimdən ayələr oxumaq təklif edilib.
Feat.az-ın İslam.az-a istinadla verdiyi xəbərə görə, bu təklifi Oksfordun keçmiş baş keşişi lord Riçard Harris irəli sürüb.
Harris qeyd edib ki, bu addım növbəti tac qoyma mərasimində iştirak edənlərin sayını artıra bilər. Nümunə kimi keçmiş baş keşiş 2013-cü ildə keçirilən Bristol kilsə yığıncağını göstərib. Həmin vaxt mərasimlərdən birində ruhanilər İncilQuran oxumuşdular.
Bu tədbirdə islam inanclı şəhər meri və qraflığın şerifi də iştirak etmişdi.
Böyük Britaniyanın beş faiz əhalisini müsəlmanlar təşkil edirlər ki, bu da 2,8 milyondan çox insan edir. Onların sayı daim artır. Ekspertlər qeyd edirlər ki, müsəlmanlar həmçinin ölkədə daha da nüfuzlu güc olurlar və siyasi sahədə fəallaşırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.