Cammat namazı haqqında...

25 Aralık 2014
2 414
0
Cammat namazı haqqında...
Cammat namazı haqqında...


Camaat namazına başçılıq edən imamın ədalətli olmasının meyarı nədir?


Camaat namazına başçılıq edən şəxs üçün iki əsas şərt qeyd edilir: namazın qiraətini düzgün oxumaq və ədalətli olmaq. Bu şərtlərə cavab verməyən şəxsin arxasında namaz qılmaq olmaz. Ədalət deyərkən əsasən, insana vacib olan əməlləri etmək, haram olan əməllərdən uzaq durmaq nəzərdə tutulur. Bəzi alimlər ədalətli olmağı böyük günahlara bulaşmamaq və kiçik günahlarda israr (təkrar) etməmək kimi izah etmişlər. İmam-camaatı şəxsən tanımayan adam üçün onu ədalətli saymağın zahiri meyarı, onun yaxşı insan kimi tanınmasıdır. Əgər qohum-qonşuları, tanışları İmam-camaatı müsbət bir insan kimi tanıyırlarsa, bu, onun ədalətli sayılması üçün kifayət edər. Bu barədə həddən artıq vasvasılıq etməyə dəyməz.



R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.