Səbir edənlərə müjdə ver!
Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır” (əl-Bəqərə, 155-157).
Bu ayədə Uca Allah insanların mütləq müsibətlərə məruz qalaraq imtahan olunmaları haqda xəbər verir. Uca Allah insanları qorxu, narahatlıq, aclıq, mal və məhsul itkisi, xəstəlik və yaxın adamların həlak olması kimi müsibətlərlə imtahan etdiyini və “bir az” deməklə üz verən müsibətin mütləq şəkildə gəlmədiyini bildirir. Əgər müsibətlər mütləq şəkildə gələrsə, insan məhv olar. Müsibət üz verdikdə səbir edən bəndələrə müjdə verilir. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “İnnə lilləhi və innə ileyhi raciun” (Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!) – deyirlər. Allaha iman gətirən bəndəyə bir müsibət gəldikdə bu sözləri deyər və səbir edərsə, Uca Allah onu tərifləyər, ona rəhm edər və onu doğru yola yönəldər. Mömin bəndə müsibətlərə səbir etməklə aşağıdakı bir çox üstünlükləri əldə edir:
Müsibətlər günahlara kəffarədir
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Müsəlmana üz vermiş hər bir yorğunluq, naxoşluq, kədər, üzüntü, əziyyət, dərd, hətta bir tikanın batması ilə Allah onun günahlarını yuyur”. (əl-Buxari, 5642).
Peyğəmbər demişdir: “Mömin kişinin və mömin qadının bədəninə, ailəsinə və mal-dövlətinə Allahla qarşılaşıncaya qədər bəla üz verərsə, boynunda heç bir günah qalmaz”. (əl-Buxari “Ədəbul-Mufrad”, 494).
Xəstəliyə səbir edənin mükafatı
Allah Elçisi demişdir: “Həqiqətən, müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: “Ey mələklərim! Mən qulumu iplərimdən biri ilə bağladım. Əgər onun ruhunu alsam, onu bağışlayaram, yox, əgər onu sağaltsam, günahlarından təmizlənmiş olar!”
Allah Elçisi demişdir: “Uca Allah buyurur: “Mömin bir qulumu bəlaya düçar etdikdə o, Məni həmd edərək düçar etdiyim bəlaya səbir edərsə, yatağından anadan doğulduğu gündə olduğu kimi günahlardan təmizlənərək ayağa qalxar”. Rəbb qoruyucu mələklərinə buyurur: “Həqiqətən, Mən bu qulumu əməl etməkdən saxlayıb bəlaya düçar etdim. Bundan əvvəl sağlam ikən etdiyi əməllərə bərabər yazdığınız savab qədər onun üçün mükafat yazın!”
Gözlərinin itirilməsinə səbir edənin mükafatı
Peyğəmbər demişdir: “Allah buyurdu: “Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə imtahana çəksəm və o buna səbir etsə, bunun əvəzində ona Cənnəti bəxş edərəm”. Allah “sevdiyi iki şeylə” deyəndə gözləri qəsd edirdi”. (əl-Buxari, 5653).
Yaxın adamını itirməsinə səbir edənin mükafatı
Peyğəmbər demişdir: “Uca Allah buyurur: “Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alacağına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar”. (əl-Buxari, 5944).
Peyğəmbər demişdir: “Həddi buluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman valideyn yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. Qiyamət günü onların övladlarına deyiləcək: “Cənnətə girin!” Onlar deyəcəklər: “Valideynlərimiz daxil olmayınca biz girmərik”. Onlara deyiləcək: “Siz də, valideynləriniz də Cənnətə girin!” (ən-Nəsai, 1853).
Müsibətə düçar olana axirətdə qibtə ediləcək
Allah Elçisi demişdir: ““Bəlaya düçar olanlara Qiyamət günü mükafat veriləcəyi zaman, bəla görməyənlər dünyada ikən dərilərinin kəskin alətlərlə kəsilmiş olmasını istəyəcəklər” (ət-Tirmizi, 2402).
Ən çox müsibətə düçar olan mömin haqqında
Allah Elçisi demişdir: “Qiyamət günü Cəhənnəm əhlindən olan, dünyada ən çox nemət verilən bir adam gətiriləcək və bir dəfə Oda salınıb çıxarılacaq. Sonra ona deyiləcək: “Ey Adəm oğlu! Bir xeyir gördünmü? Sənə bir nemət gəldimi?” O da: “Xeyr! Vallahi, ya Rəbb!”- deyəcək. Sonra Cənnət əhlindən olan, dünyada insanlar arasında ən çox müsibət görən bir adam gətiriləcək və bir dəfə Cənnətə salınıb çıxarılacaq. Ona deyiləcək: “Ey Adəm oğlu! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?” O da: “Xeyr! Vallahi, ya Rəbb! Mənə bir müsibət gəlmədi və bir sıxıntı da görmədim”- deyəcək. (Muslim, 2807).

R.T.♛Fidawka♛