Göyün 7 qatı

28 Aralık 2014
2 743
0
Göyün 7 qatı
Göyün 7 qatı


Allah göyü buxardan yaratmışdır.
Göyün 1-ci qatı
"Barqiya" adlanır.

Bu qatda yaşayan mələklər daima Allaha diz

çöküb ,ona səcdə edirlər. Bu qatın mələklərinin baş məlakəsinin adı İsmaildir. Göyün bu

qatı ildırımların mənbəyi sayılır. Hədsiz dərəcədə böyük bir mələk buludları idarə edir və

yağışın yağmasını təmin edər, yağışın hər damcısı onun hesabındandır. Bu qatın mələkləri

Allahın adına deyərlər :

- Cəmi aləmin hökmdarına eşq olsun!

Göyün "Qaydum" adlanan 2-ci hissəsi ərimiş gümüşdəndir.

Burdakı mələklər deyərlər:

- Qar ilə odu birləşdirən və bizi öz qullarını bu şəkildə yaradan Xaliqə eşq olsun! Baş

mələyin adı Mihaildir. Burada yaşayan mələklərin hər birinin son dərəcə gözəl adları vardır

özlərinə məxsus. Bu mələklər oddan və qardan yaransalarda bir birlərinə ziyan verməzlər.

Göyün "Maun" adlanan 3-cü qatı qırmızı yaqutdandır. Buradakı

mələklərin bir hissəsi qəddini əymədən, bir hissəsi isə əyərək, Allaha səcdə edərlər. Onlar

yaradanın şəninə belə deyərlər:

- Əbədi olan Allaha eşq olsun ki heç vaxt yox olmayacaqdır! Baş mələyin adı Səfaildir.

Göyün "Aqura" adlanan 4-cü qatı mirvaridəndir. Burada yaşayan

mələklər deyərlər:

- Mələklərin hökmdarı olan ilahi rəbə eşq olsun! Göyun bu qatının baş mələyinin adı

Qaildir (Arqun)

Göyün "Mağun" adlanan 5-ci qatı qızıldandır. Burda yaşayan mələklər Allahın şəninə belə

deyirlər :

- Nuru yaradan Allaha eşq olsun! Allah alqışa layiqdir! Baş mələyin adı Asfaildir .

Göyün "Raqa" adlanan 6-cı qatı parlaq yaqutdandır. Burdakı

mələklər Allahın şəninə deyərlər:

- Bütün gözə görünən şeylərin Xaliqinə eşq osun! Baş mələyin adı Arnasdır .

Göyün "Əriba" adlanan 7-ci qatı işıqdan, nurdan yaranıb. Bu

qatda yaşayan mələklər deyərlər:

- Bütün canlıları yaradan və onlara ab-hava verən Allaha eşq olsun! Bu qatın baş mələyi

Rəqail adlanır. Bu qatda o qədər sayda mələk vardırki, onların sayını yalnız Allah bilir. Bu

mələklər geriboyunlar adlanırlar. Hər birinin özünə məxsus siması, sürəti vardır və onlar

bir-birlərinə baxmırlar. Allahın qəzəbindən qorxaraq ara vermədən qiyamət gününə qədər

ağlayarlar. Əgər onların naləsini hər hansı canlı eşitsə həmin anda məhv olar.

Bu qatda uzunluğu 80 ilə qət edilən bir dəniz vardır. Bu dənizdə mələklər yaşayarlar, hansı ki,

Allaha göz yaşı tökərək yalvararlarki Tanrı Məhəmməd peyğəmbər(s)-in ardıcıllarının günahından keçsin.
Onlar bunu qiyamət gününə qədər edərlər.

R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.