Əhli-kitaba Müraciət.

12 Ocak 2015
3 756
0
Əhli-kitaba Müraciət.
Əhli-kitaba Müraciət.

Mədinə əhalisinin əksəriyyətini yəhudilər təşkil etsə də, müəyyən sayda xristian əhali də var idi. Hər iki zümrə ilə bir yerə yığışanda istər-istəməz mövzu dini məsələlərə gəlir və qarşılıqlı müzakirələr başlayırdı. İşin bu yerində başqa din mənsubları ilə əlaqələri tənzimləyən ilahi rəhbərlik diqqət çəkirdi. Çünki Allah (c.c) əsasən, Sevimli Peyğəmbərinə səslənərək onlarla necə danışıb anlaşmaq lazım olduğunu belə buyururdu:
- Ey kitab əhli, sizinlə bizim aramızda müştərək olan bir kəlməyə tərəf gəlin! Gəlin, Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq. Allahdan başqa heç kimi Rəbb yerinə qoyub dost olaraq görməyək! (“Ali-İmran” surəsi, 64-cü ayə. Bu ayənin Hüdeybiyyə müqaviləsindən əvvəl nazil olduğu, Məkkənin fəthindən sonra isə təkrar göndərildiyi bildirilir).
Bir gün Nəcranın yəhudi və xristian alimləri yığışaraq Peyğəmbərimizi ziyarət etməyə gəlmişdi. Təbii ki, məsələ yenə Allahın arzu və istəklərinə gələndə Rəsulullah (s.ə.s) İslamdan danışıb onları Haqqa dəvət edir. Onlar:
- Ey Muhəmməd! Yoxsa sən xristianlar İsaya ibadət etdikləri kimi bizim də Sənə sitayiş etməyimizi istəyirsən? – deyə narazılıq edirlər. Düşüncə tərzi qəribə idi. Bir olan Allaha ibadətə dəvət edildikləri halda, sözün məcrasını dəyişir və öz düşüncələrinə görə söz oyunu ilə vəziyyətdən çıxmağa çalışırdılar. Çünki onlar tarix boyu əqidələrini dəyişmiş və öz aralarından çıxanlara Rəbb kimi ibadət etməyə başlamışdılar (bir ayədə bu cəhət “Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəblər) qəbul etdilər”, - ifadələri ilə təqdim edilir: “Tövbə” surəsi, 31-ci ayə).
Bu vaxt Rəis adlandırdıqları bir xristian alimi qabağa çıxır və:
- Sənin bizi Ona dəvət edərkən, həqiqətən də belə bir istəyin varmı? – deyə soruşaraq əvvəlkilərdən fərqli düşünmədiyini göstərir. Allah Rəsulu əvvəlcə:
- Allaha sığınıram, - deyir. Sonra da:
- Allahdan başqa bir gücə ibadət etməkdən və yenə Ondan başqasına ibadət etməyə çağırmaqdan Allaha sığınıram! Çünki O (cəllə cəlaluhu) nə məni bunun üçün göndərmişdir, nə də vəzifəm budur, - buyurur. Başa düşmək çox çətin idi. Allah adamı olduqlarını deyən bu insanlar, necə ola bilər ki, onları Allaha ibadətə dəvət edən bir insana belə sözlər deyirdilər? Cəbrail yenə görünmüşdü, gələn ayələr də onların cavabını verirdi:
- Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə qul olun!” – desin (“Ali-İmran” surəsi, 81-ci ayə).
Müsəlmanlıq kimi qiymətli bir nemətə qovuşan bir peyğəmbər və ya başqa bir Haqq dostu insanları yenidən heç küfrə dəvət edərdimi? Məclisin ağırlığını bir az yüngülləşdirmək üçün Adiyy ibn Hatəm Peyğəmbərimizə belə deyir:
- Ey Allahın Rəsulu! Bu adamlar onlara ibadət etmirlər ki...
Hz. Muhəmməd (s.ə.s) isə:
- Əlbəttə, onlara ibadət etmirlər! Ancaq onlar halalı haram, haramı da halal hesab edir və insanlara öz istəklərini söyləyirlər. İnsanlar da onların dediklərini qəbul edib sözlərinə tabe olur. Bu, onlara ibadət etmək mənasına gəlir, - buyurur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.