"ALLAHIM AZ DAHA İSLAMI 20 QƏPİYƏ SATIRDIM!"

12 Ocak 2015
1 894
0
"ALLAHIM AZ DAHA İSLAMI 20 QƏPİYƏ SATIRDIM!"
"ALLAHIM AZ DAHA İSLAMI 20 QƏPİYƏ SATIRDIM!"

DİNİ İYİRMİ QƏPİYƏ SATMAYANLAR...


Londondakı məscidin yeni axundu şəhərə getmək üçün həmişə eyni avtobusa minir və çox vaxt eyni şoferə rast gəlirmiş.


Bir gün, bilet götürərkən şofer səhvən 20 qəpik çox verir.
Axund isə 20 qəpik artıq qaytarıldlğını dərhal hiss edir. öz-özünə düşünür ki, "20 qəpiyi geri versəmmi şoferə?"... Amma içindən bir səs deyir ki "çox kiçik bir puldur və şofer onsuzda hiss etməyib.
Avtobus şirkətinə 20 qəpik nə fərq edər? Bu pulu Allahdan gələn bir hədiyyə kimi... düşünə bilərəm"


Enəcəyi dayanacağa gəlincə, axund qalxır və fikirini dəyişir, enmədən əvvəl şoferin yanına gedir, 20 qəpiyi geri qaytarır və deyir ki : "mənə çox pul verdiniz, 20 qəpik artıq qaytarmısınız"


Şofer gülümsəyir və deyir ki : "Siz məscidinin yeni axundusunuz deyilmi? Əslində uzun zamandır sizi məscidinizdə ziyarət etmək istəyirdim, İslamı öyrənmək, namaz qılmağı öyrənmək istəyirdim sizdən. Buna görə də bilərək sizə çox pul verdim necə reaksiya verəcəyinizi, halal yoxsa haram insan olduğunuzu bilmək, görmək istədim."

Axund enərkən hardasa qıçlarını hiss etmirdi, yerə
yıxılacaqmışcasına bir dirəyə yapışdı və özünə gəlməyə çalışırdı, gözlərindən yaşlar tökülərək səmaya baxır və deyir ki:
"ALLAHIM az daha İslamı 20 qəpiyə satırdım!"


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.