MüQəDDəS ŞəHəRLəR

13 Ocak 2015
6 222
0
MüQəDDəS ŞəHəRLəR


MƏKKƏ

MüQəDDəS ŞəHəRLəR

Hicazda (ərəbistan) müsəlmanların əsas müqəddəs şəhəridir. İslam dininin banisi Muhəmməd qədim ticarət mərkəzi olan bu şəhərdə doğulmuş, yaşamış və öz təbliğatına başlamışdır. O, Allaha iman gətirməkdən boyun qaçıran həmvətənlərinin təqibindən yaxa qurtarmaq üçün 622-ci ildə bir dəstə tərəfdarı ilə birlikdə Yəsribə (sonradan Mədinə adlandırılmışdır) köçmüş, oradan məkkəlilələrə qarşı mübarizə aparmış, nəticə etibarı ilə onları özünə tabe etmişdir. Muhəmməd Məkkənin qədim bütpərəst ziyarətgahı olan Kəbəni islamın başlıca müqəddəs ocağı elan etmiş və bütün müsəlmanlara ora ziyarət etməyi (həccə getməyi) əmr etmişdir. Kəbə Məkkənin əl-Məscid əl-Haram adlanan əsas məscidində yerləşir. Orta əsrlərdə Məkkə Hicazın inzibati mərkəzi idi, şəhərdə din elmləri tərəqqi edirdi. XX əsrin əvvəllərində Məkkə şəhər şəriflərinin türk hökmranlığına qarşı qaldırdıqları üsyanın siyasi mərkəzinə çevrilmişdi. Məkkədə 4 sünni (maliki, hənbəli, hənəfi, şafii) məzhəbinin və cəfəri şiələrinin tədris müəssisələri yerləşir. Hazırda Məkkə dünya islam hərəkatının mərkəzidir. Beynəlxalq müsəlman təşkilatları öz iqamətgahlarını Məkkədə yerləşdirirlər, orada daha tez-tez ümummüsəlman konfransları keçirilir; zəvvarların Məkkəyə gəlməsindən müsəlman həmrəyliyi ideyalarının təbliği üçün geniş istifadə olunur.


ƏL-MƏDİNƏ

MüQəDDəS ŞəHəRLəR

Mədinə şəhəri – Mədinət ən-Nəbi, yəni peyğəmbərin şəhəri sözünün müxtəsər formasıdır. Hicazda vahə şəhəri olan Yəsribə müsəlmanlar bu adı vermişlər. 622-ci ildə islam dininin banisi Muhəmməd Məkkədən Mədinəyə köçmüşdür. Həmin Hicrət ili müsəlman tarixinin başlanğıcı olmuşdur. Muhəmməd ömrünün bütün qalan hissəsini Mədinədə yaşamış, şəhəri ancaq hərbi əməliyyatlara rəhbərlik etmək lazım gələndə və Məkkəyə ziyarətə gedəndə tərk etmişdir. Bu, hər şeydən əvvəl müsəlman icmasının yaşayış qaydalarına aid olan hissədir. Mədinədə islam müstəqil din xarakteri almış və bu dövlətin ilk paytaxtı Mədinə olmuşdur. Muhəmməd Mədinədə özünün tikdirdiyi məsciddə (Məscid ən-Nəbi, yuxarıdakı şəkil) dəfn edilmişdir. Onun evi məscidə bitişik idi. Zəvvarlar rəsmən həcc mərasiminə daxil olmasa da, həmişə Peyğəmbərin məzarını ziyarət edirlər.


MƏŞHƏD

MüQəDDəS ŞəHəRLəR

Məşhəd (Məşhəde-rezəvi), ərəbcə məşhəd sözündəndir, din uğrunda şəhid (fəda) olanların yeri deməkdir. Bu şəhər İranın ən böyük əyaləti olan Xorasanın inzibati mərkəzidir. Rəvayətə görə, Əli Riza burada öldürülmüşdür. Onun məqbərəsi şiə bayramları dövründə ziyarət obyektinə çevrilir. Belə bayramlarda şəhərin əhalisi təqribən iki dəfə artır.


QUM

MüQəDDəS ŞəHəRLəR

Qum – İranda Tehrandan cənub tərəfdə şəhərdir. Ən böyük ilahiyyət, dini təbliğ və zəvvarlıq mərkəzidir. Qum şəhəri şəhər kimi formalaşdığı vaxtdan bu günə qədər bir an da olsun elmdən və mənəviyyatdan kənarda qalmamış, həmişə Əhli-beyt aşiqlərinin mərkəzi və pənahgahı olmuşdur. Bu şəhərdə dörd yüzdən çox ziyarətgah vardır. Şiələrin çox böyük ehtiramla yad etdikləri müqəddəs Fatimə Məsumənin, yəni imam Cəfər əs-Sadiqin qız nəvəsinin və imam Əli ər-Rizanın bacısının məqbərəsi, habelə bir çox digər müqəddəslərin məzarları (imamzadələri) Qum şəhərindədir. Qum ruhanilərinin böyük vəqfləri (vəqf – sahibinin dini və xeyriyyə ehtiyacları üçün icmaya, dövlətə və ya xüsusi şəxsə verdiyi əmlakdır) vardır. Feyziyyə mədrəsəsində minlərlə ilahiyyatçı tələbə təhsil alır.


KƏRBƏLA

MüQəDDəS ŞəHəRLəR

Kərbəla – İraqda şəhərdir. Bağdaddan 100 kilometr cənub-qərb tərəfdə yerləşir, şiələrin ziyarətgahıdır. 680-ci ildə şiələrin üçüncü imamı Hüseyn ibn Əli öz silahdaşları ilə birlikdə Kərbəla yaxınlığında öldürülmüşdür. Bu hadisədən beş il sonra Kərbəla Əli nəslinin tərəfdarlarının ziyarət yerinə çevrilmişdir. Şiəliyin düşmənləri əl-Hüseynin məqbərəsini (yuxarıdakı şəkildə günbəzlər onun hərəmindəndir) dəfələrlə dağıtmışlar, lakin hazırda həmin məqbərə dəbdəbəli tikililər kompleksi ilə əhatə olunmuşdur və çoxlu zəvvarı cəlb edir. Kərbəla, aşura (aşura ərəbcədir – şiələrin dini təqviminin əsas tarixidir, hicrətin 61-ci ilində Muhərrəm ayının 10-da öldürülmüş şiə imamı əl-Hüseyn ibn Əlinin, yəni Rəsuli-Əkrəm (s.ə.s)-in nəvəsinin yad edilməsi günüdür) zamanı matəm mərasimlərinin mərkəzi olur.


NƏCƏF

MüQəDDəS ŞəHəRLəR

Nəcəf (ən-Nəcəf, Məşhəd-Əli) – İraqda Kufədən on kilometr qərb tərəfdə şəhərdir, şiələrin ziyarət yeridir. Rəvayətə görə, Əli ibn Əbu Talib (661-ci ildə öldürülmüşdür) Kufə həndəvərində, bu şəhəri Fərat çayının daşqınlarından qoruyan bəndin yaxınlıqlarında dəfn edilmişdir. Sonralar bu yerdə Nəcəf (ərəbcədir, təpə deməkdir) şəhəri meydana gəlmişdir. Əməvilər dövründə Əlinin dəfn edildiyi yer gizli saxlanılırdı, buna görə də sonralar onun dəqiq yerini müəyyənləşdirmək mümkün olmamış və bir neçə fərziyə meydana gəlmişdir. Yalnız X əsrin birinci rübündə həmdanilər dövründə Əlinin güman edilən məzarının yerində böyük gümbəz tikilmiş və qala (Məşhəd-Əli) ucaldılmışdır. Nəcəf, şiələrin böyük dini fəaliyyət mərkəzidir. Şəhərdə məşhur müctəhidlərin (müctəhid ərəbcədir – dini və hüquqi məsələlər barəsində müstəqil mühakimə yürütmək, qərar qəbul etmək hüququna malik olan ən nüfuzlu qanunverici (fəqih) şəxs deməkdir) dərs dedikləri çoxlu məktəb vardır, orada dini-siyasi ədəbiyyat geniş nəşr edilir.


MüQəDDəS ŞəHəRLəR


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.