Dünyanın ən zərərli içkisi müəyyənləşdi

26 Ağustos 2014
1 226
0
Dünyanın ən zərərli içkisi müəyyənləşdi
Dünyanın ən zərərli içkisi müəyyənləşdi


ABŞ alimləri dünyanın ən zərərli içkisinin adını açıqlayıblar. Erik Staysın başçılığı altındakı tədqiqat qrupu müəyyən edib ki, sağlamlıq üçün ən zərərli içki... əksər uşaqlar tərəfindən sevilən südlü kokteylidir. Onun tərkibində izafi dərəcədə şəkər və yağ var.

Orta məktəblərdə oxuyan 100 şagirdin iştirakı ilə keçirilən təcrübə zamanı onların hər birinə şokolad dadlı süd kokteylləri təklif olunub. Aydın olub ki, uşağın orqanizmi bu içkiyə narkotik vasitəyə göstərə biləcəyi reaksiyanı göstərir. Kokteyldəki böyük şəkər dozası həzz mərkəzini stimullaşdırır.

Bundan əlavə, şəkər və yağın bir tərkibdə olması təhlükə törədir. Bu qarışıq asanlıqla piylənməyə gətirib çıxara bilər.


Süd kokteylinin bir porsiyasında böyük adamın sutkalıq norması qədər kalori və sutkalıq normasının 3 misli qədər yağ var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.