"Bu Dünya İlə Yaşayın"

01 Temmuz 2015
1 579
0
"Bu Dünya İlə Yaşayın"
"Bu Dünya İlə Yaşayın"
"Bu Dünya İlə Yaşayın"
"Bu Dünya İlə Yaşayın"
Həyat hamı üçün eyni deyil, amma hamımızın etdiyi bir iş var, hansıki biz bununla yaşayırıq və bunu edərkən heçnə düşünmürük… Vaxtımızı, günümüzü ömrümüzə satırıq. Hər gün sabahdan danışırıq bu günü düşünmədən, hər gün sabaha planlar qururuq bu günü düşünmədən… Halbuki, sabahın olacağı yaxud olmayacağı bəlli deyil.
Düşünün… Gününüzü mənasız keçirirsiniz, hər gecə yatıb səhər durursunuz. Kimi işə, kimi dərsə, kimi hər hansı bir yerə tələsir, kimi isə saata baxıb hələ tezdir deyib başını yerə atıb yenidən yatır. Sanki insanların həyat tərzləri də eyniləşib. Elə bil hamı hamının həyatını yaşayır. İnsanlara bir-birlərinin həyatını dinləmək maraqlı gəlir və hamı buna can atır. Amma heç kəs öz həyatını dinləmək istəmir. Dinləməyə başlayanlar isə Həyatın sözünü yarımçıq kəsir və ondan haqq-hesab tələb eləməyə başlayırlar. O isə sakitcə susur… Əlbətdə o Mələk deyil, amma ən azı o öz səhvini və insanın səhvini göstərməyi bacarır. Biz insanlar isə heç vaxt öz səhvimizlə barışmırıq və səhvimizi düzəltməyə çalışmırıq, düşünürük ki, nə etmişiksə düz etmişik. Hələ mən Qismətdən, Taledən danışmıram… Bu yazıqlar insan yaranadan hər şeyin günhakarlarıdırlar. İnsanların bədbəxt olmasının, xəstə olmasının və bəlaların əsl səbəbkarı məhz onlardır. Məsələn Tale və Qismət imkan verməsəydi mən indi bu yazını yaza bilməzdim. Qismətim beləymiş deməli… Baxın biz insanlar beləyik… İdarə edilməyi və idarəolunan olmağı düşünməyi belə sevirik, halbuki O bizi AZAD yaradıb. Hz. Əlinin belə bir kəlamı var: “ Tamahının qulu olma, Allah səni AZAD yaradıb”
"Bu Dünya İlə Yaşayın"
"Bu Dünya İlə Yaşayın"
"Bu Dünya İlə Yaşayın"

Saniyələri dəqiqələrə, dəqiqələri saatlara, saatları günlərə, günləri isə ömrümüzə satırıq. Hər gün, hər saat bizi bu çox sevdiyimiz Həyatdan, Dünyadan uzaqlaşdırır. Bəzilərimiz o dünya ilə yaşayırıq, bəzimiz isə heç bununlada yaşamırıq, bu dünyada da yaşamırıq. Odur ki, o dünya ilə yaşasazda, arada bu dünyada da olub “bu dünya ilə də yaşayın”… Ətrafınızda baş verənlərə reaksiya verin, gününüzü satmayın onu özünüzə sərf etməsəniz belə başqasına sərf edin, başqası üçün nələrsə edin.Çünki, real olan budur ki, siz indi varsız, bu gün varsız… Bu günü atıb sabahdan danışmayın. Çünki, sabahda bu gün olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.