"İllərin yaşatdığı ağrı"

18 Ağustos 2015
1 473
0
"İllərin yaşatdığı ağrı"
"İllərin yaşatdığı ağrı"
"İllərin yaşatdığı ağrı"Həyatın dərmə-deşikli yollarında addımlarım iz salıb. O qədər qorxaq olmuşam ki, hər cisimdə bir xəyanət, hər xəyanətdə min ölüm izləyirəm. Bu qədər acını bir neçə insandan toplamaq əslində çox təəccüblüdür, amma hər kəs dinlədikcə, hər bir insan düşündükcə başa düşürlər, bir faizdə olsa. Ağrıları insanlara danışdıqca anladım ki, içdəki sevinclərindən başqa heçnə çoxalmadı. Onlar sadəcə eşitmək istədiklərini dinləyirlər.Qaranlıq otaqda bir rəngin içərisində min bir xəyal qurmaq çox çətindir. Əslində məndə çoxları kimi xoşbəxt olmaq istəmişdim.
- Kim alıb apardı çoxdanları?!
- Bəyaz örpəyə bürünmüş bir qadını yuxuda görmək və əllərinə toxunduqda yuxudan oyanmaq. Bax xoşbəxtlik bu qədər tez bitər, bir toxunuş yetər... Geri dönüş olmadığını bilmək nə qədər həqiqət olsada, inanmağı gəlmir insanın. Bu şəhərdə nə qədər yoxsulluq var, bitməzmi bu səssizlik İlahi?...
- Nə edə bilərəm, kimə dərdimi danışım?!
- Ay ana, sənində saçların ağarıbdır artıq.
Bu qədər əziyyət çəkdirdim sənə, xoşbəxtliyimdə yoxdur ki, onunda bir parçasın sənə hədiyyə edim. Məni buna görə böyütməmişdin bilirəm, amma məndən aslı deyil... Həyat məndən üstün oldu anam...
-Əlimdə deyil, hara getsəmdə, nəyi dinləsəmdə eyni sözlər təkrarlanar hər dildə. Sistemə uyğunlaşmayan bir tək mənmi oldum?...
- Harda qaldı o günlər axı, atam əlində ərzaqla qapını döyərdi, məndə qapının açılmasını gözləyərdim, üstünə atılım deyə. Uşaqlıq oynundan başqa ədalətli heçnə görmədim həyatda. İstədiyimiz cür oynayırdıq, şərtlərini biz qoyardıq o vaxt, həyat yox. Naşükürəmsə bağışla məni anam, üstünə qışqıran fərsiz oğlun yazdı bu sətirləri. Halbu ki, içində sənə demək istədiyim çox sirlər var idi, Səni qucaqlayıb, mənə görə ağartdığın qara tellərini qoxlamaq istəmişəm, amma sonra bir söz, bir fikir daşındırar məni dəlisovluğumdan. Cənnət ayağların altında yerləşər, mənsə əyağının bir tozu belə deyiləm. Sənin halallığın olmasa cənnəti görə bilmərəm, yəni bu qədər müqəddəs və ali bir varlıqsan anam...
- İllər şütüyüb keçsədə, yazılar bir vərəqdə qeyb olsada, yenədə sən varsan. Yaxşı insanlar cənnətə getməz, yaxşı insanlar hara getsə cənnət oraymış anam. Nolar getdiyin yerə mənidə apar...

"İllərin yaşatdığı ağrı"
- Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.