❄⁂Yolkasız evlər ❄⁂[4]

30 Aralık 2015
1 917
2
❄⁂Yolkasız evlər ❄⁂[4]
❄⁂Yolkasız evlər ❄⁂[4]

❄⁂Yolkasız evlər ❄⁂[4]

❄⁂Yolkasız evlər ❄⁂[4]
Artıq öz "Yolkasız Evimizə" çatmaqda idim və hətta çatdım. Qapını döyüb anamın qapını açmasını gözləyirdim ki, Fərid deyə məni çağıran biri məni arxama çevrilməyə məcbur etdi.
Bu ki, Lalə idi. Əlində üst-üstə iki qutu tutmuşdu.
-Axşamın xeyir, Fərid.
-Axşamın xeyir, Lalə. Xeyir ola nəsə olmuyub?
-Yox, narahat olma. Hər şey yaxşıdır.
Şeyy, əslində bu qutuları sənə verəcəkdim.
Maraqla qutuya baxaraq:
-Nə var orda- deyirdim ki, artıq Lalə qutuları mənim qucağıma yıxdı.
❄⁂Yolkasız evlər ❄⁂[4]

❄⁂Yolkasız evlər ❄⁂[4]
-Qollarım qırıldı. Heç sən də qutuları götürmək barədə düşünmürsən- dedi gülərək. Daha sonra əlavə etdi:
-Şey.. Sənə demişdim axı, mən yolka qurmayacam. Eləcə boş-boşuna qalmasın dedim. Ona görə də yalnış anlama amma mən bunu sənə vermək istəyirəm. Sizin evdə heç yolka qurulduğunu görmədim mən. Həm, nə bilirsən bəlkə Şaxta kişi insafa gəlib hədiyyədən filan gətirər sənə.
❄⁂Yolkasız evlər ❄⁂[4]

Lalənin dediyi son cümləyə ikimiz də güldük.
Daha sonra ciddiləşməyə çalışaraq " Yox, Lalə. Buna ehtiyacım yoxdu axı mənim. Qəbul edə bilmərəm. Həm, bəlkə gələn il qurdun özün" dedim. Bacardıqca nəzakətli olmağa, onu sözlərimlə incitməməyə çalışırdım.
Lalə üzümə tərs-tərs baxaraq dedi:
-Xəbərin varsa artıq yolka və oyuncaqlar sənin qucağındadır. Demək artıq qəbul etmisən hədiyyəmi. Alınan mal geri qaytarılmır Fərid bəy.
Dedikləri, dodaqlarımın qaçmasına və gülümsəməyimə səbəb olmuşdu.
-Lalə, sən ciddi duranda çox gülməli görsənirsən. Bir də belə şey etmə sən Allah. Lap o satıcılara oxşadın "Olonon mollor goro qoytorolmor"

❄⁂Yolkasız evlər ❄⁂[4]

Dediyim sözlər Lalənin gülməyinə səbəb olmuşdu. Buna çox sevinmişdim. Anasından sonra çox az-az güldüyünü görə bilirdim.
Bu arada anam nəhayət qapını aça bilmişdi.
-Oğlum gəlin, evə çöldə niyə durmusuz?
-Salam, Rəna xala.
-Salam, Lalə. Xoş gəlmisən. Gəlin içəri, çöl yaman soyuqdur.
Ana, Laləynən gedəsi bir yerimiz var. Gecikməyəcəyik narahat olma deyib, qutunun birini Laləyə verdim.
-Fərid hara gedirik bəlkə deyəsən?
-Mən Şaxta kişi olacam, sənsə Qarqız. Həə, getdik..

❄⁂Yolkasız evlər ❄⁂[4]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ALA GOZ
    tesekkur paylasim ucun :(
  2. allah bendesi
    sonunda gulumsedim mende :) cox sag olun paylawim ucun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.