❄⁂Yolkasız evlər ❄⁂[5] (00:00)

31 Aralık 2015
1 936
1
❄⁂Yolkasız evlər ❄⁂[5] (00:00)
❄⁂Yolkasız evlər ❄⁂[5] (00:00)
❄⁂Yolkasız evlər ❄⁂[5] (00:00)
-Şişt, sakit ol, Lalə.
- Yaxşı-yaxşı.
Qutuları ehtiyyatla qapının önünə qoyduq. Daha sonra gözləməyə başladıq.
-Fərid, niyə gözləyirik? Gəl gedək dəə.
Nənəm çox narahat olacaq axı.
-Birincisi, Fərid yox Şaxta kişi, ikincisi də ki, saat 00:00 a kimi gözləməliyik- deyib saatıma baxdım, cəmi 3 dəqiqə qalmışdı...
-...Aha, cəmi bir dəqiqə qaldı tam vaxtıdı.
Qapını möhkəm döydüm. Ümid edirəm yatmamısan Nicat. Hə, oyanın görək. Budur artıq, ayaq səsləri gəlir. Gəlirlər!
Həyatımın ən həyəcanlı anlarının dadını çıxararkən.
Lalənin gülməkdən "həlak" olduğunu gördüm. O hələ "Şaxta kişi" sözündə qalmaqda idi.
❄⁂Yolkasız evlər ❄⁂[5] (00:00)
-Qarqız, özünə gəl, il oldu 2016 sən hələ 2015 də dediyim sözə gülürsən. Arada zamana görə özünü "güncəllə".
Qapı açılanda, pijamada olan balaca oğlan və anasını gördük. Təbii ki, biz bir təhər gizlənə bildiyimizdən onlar bizi görmürdülər. Çılpaq ağacın arxasında gizlənmişdik gizlənmək sayılarsa. Nicat qutuya baxanda, fişənglər açılmaqda idi. Sanki xüsusi olaraq hamısı Nicat üçün idi. Qadın ətrafa diqqətlə baxdı. Az sonra anası və Nicat qutuları götürüb evə girdilər.
Bizə düşənsə pəncərədən onları dinləmək idi.
-Ana, bax, yolka. Mən bilirdim ki, Şaxta baba var bizə də gələcək. Gördün nağıllar da gerçək olur. Adil düz deyirdi, Şaxta baba gerçəkdi!
-Həə, oğlum. O kimdisə həqiqi Şaxta babadır.
Əgər bizi eşidirsənsə çox sağol Şaxta baba! Çox sağol!!
- Lalə gülərək, çox sağol Şaxta kişi - dedi.
-Sən sağol Qarqız. Sayəndə. "Yolkasız Evlər" siyahısından bir ev silindi.
-Şaxta kişi yolkasız evi bilmirəm. Ancaq onu bilirəm ki, evə gedəndə nənəm də məni siləcək, siyahıdan deyil, bir-başa yer üzündən.
-Şaxta kişi buna icazə verər?
Verməz təbii ki. Həm, nənən yeni il proqramlarına baxa-baxa çoxdan divanda yuxuya gedib, bundan əmin ol.
❄⁂Yolkasız evlər ❄⁂[5] (00:00)
-Yaxşı, Şaxta kişi. Gedək! Hanı uçan marallarımız?
SON.
Məhsəti Tağıyeva.
21.12.2015.
03:14.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    sonu yaxwi bitir cox sevindiricidir.ellerinize sagliq paylawim ucun tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.