Bəzən

28 Ocak 2016
1 829
2
Bəzən
Bəzən



Bəzən
- Bəzən, "yaşamaq məcburiyyəti" adlı birləşmə, həyatına qonaq olar. Yorularsan, can sıxıcı görsənən fəsillər bir məna kəsb etməz. Çantaya üç-beş şəkil toplayıb, təkərləkli çamadanla yola düşmək istərsən. Geriyə baxmayıb, geridə qoyduğun dünənlərin varmış sanarsan, amma əslində, dünənlərin səni arxada buraxdığının fərqinə varmazsan. Gedən zaman olur, sən və çantaların deyil. Bu olanlara rəğmən, ruhun hələdə nəfsinə düşkün olar. Səndən inciyər, sən yatağında rahat-rahat uyuyarkən, o qonşu otağın divanında bükülü qalar. Hər şey yolunda getdiyi halda, sən düzənliklərdə yürüməyə davam edərsən. Nə günəşin istiliyi, nə göy qurşağının rəngləri, nədə ulduzların parlaqlığı məna ifadə etməz. Hər kəs gedər, gəlmədiyi kimi. Bir gecə, boş səma ilə qarşılaşıb, nöqtəsiz, buludsuz, tər-təmiz göyə baxıb dua edərsən. Kimə və nəyə etdiyini bilmirsən, amma qəlbində necə rahatla gəzdiyini hiss edirsən.
- Gedərsən, gedərsən, baxarsan, gülərsən və həyatına davam...
Bəzən
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Çox sağolun Hekaye üçün
  2. allah bendesi
    coxx sag olun paylashim ucun.ellerinize sagliq:(
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.