Bir ər-arvad yaşayırdı.

31 Ocak 2016
2 428
2
Bir ər-arvad yaşayırdı.
Bir ər-arvad yaşayırdı.

Bir ər-arvad yaşayırdı.
Çox xoşbəxt idilər. Vaxtı-vaxtında namazlarını qılır, Ramazanda oruc tutardılar, halal qazanıb, halal yeyərdilər. Övladlarını da belə tərbiyələndirmişdilər. Artıq azandan sonra evlərində camaat namazına nəvələrdən də qatılanı var idi.
Kişi ilə həyat yoldaşının bir kiçik sirləri də var idi. O da bundan ibarət idi ki, evləndikləri gündən sübh namazına birinci həmişə kişi durardı, sonra qadını oyadardı.
Bundan qəti inciməzdi, əksinə, böyük şövq və məhəbbətlə ömür-gün yoldaşını namaza çağırardı. Hətta bəzən səfərdə olduğu zaman ona zəng vurub zarafatla “sabahın xeyir, ay tənbəl” deyərdi. Hərdən də belə zarafat edərdi:
- Deyirəm, bir gün mən olmasam, sən neynəyəcəksən, sübh namazına səni kim çağıracaq?
Yoldaşı ilə aralarında daha sonra belə dialoq yaranardı:
- Xeyir olsun, niyə, hara gedirsən ki?
- Axı bu dünyaya bir dəfə gələn bir dəfə də gedəcək.
- Bilirsən nə var? Allah heç kimi çəkə bilmədiyi yüklə yükləməz. Heç elə şey yoxdu! Sən mən bu dünyadan köçənə qədər gərək məni namaza oyadasan. Sonra özün bilərsən! Allah da bilir ki, mən onun necə zəif bəndəsiyəm.
Beləcə illər ötdü. Çox qocalmışdılar. Artıq qadın əvvəlki tək şux cavab verə bilmirdi kişinin zarafatlarına, kövrəlirdi, qəhərlənirdi. Tez-tez dodaqaltı gün ərzində elə hey təkrarlayardı: “Allah heç kimi çəkə bilmədiyi yüklə yükləməz!”
Bir dəfə qadın yuxudan oyandı. Saata nəzər saldı. Sübh azanına 5-6 dəqiqə qalmışdı. Çox təəccübləndi. Ailə qurduqdan sonra ötən 40 il ərzində ilk dəfə idi ki, həyat yoldaşından əvvəl oyanmışdı namaza. Qəribə bir üşüntü keçdi bədənindən. Əlini uzadıb yoldaşının əlinə toxundurdu. Və... Tez qalxıb işığı yandırdı. Kişinin çöhrəsinə qəribə bir təbəssüm çökmüşdü. Bədəni burda idi, ruhu isə artıq Rəbbinə qovuşmuşdu.
Qadının gözündən yaş damlaları ömür-gün yoldaşının soyuq alnına damcıllayırdı. Artıq anlamışdı. Bəli, Allah heç kimi gücü çatmayan yüklə yükləməz. Bu gün ilk dəfə idi ki, o namaza özü qalxdı. Artıq yolun qalan hissəsini tək, özü keçməli idi. Sadiq həyat yoldaşına və Allahına qovuşana qədər.


Bir ər-arvad yaşayırdı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ALLAH Her kese bele heyat yoldaşi nesib etsin..beli dogru ALLAH hec kime gucu catmayan yuku yuklemez.cox gozel bir xeber cox beyendim ellerinize sagliq
  2. alara
    • alara
    • 31 Ocak 2016 11:33
    insanin gozleri dolur coox huzunlu hekayedir
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.