Qısa amma ibrətli

31 Ocak 2016
2 007
3
Qısa amma ibrətli
Qısa amma ibrətli

Qısa amma ibrətli

Bir vaxtlar 4 oğlu olan bir adam varmış. Uşaqlarının çox erkən qərar verməmələri və qərəzli olmamaları üçün onları bu mövzuda öyrətmək istəmiş. Beləcə hər birini uzaq bir yerdə dayanan ağacın yanına gedib ona baxmalarını istəmiş. İlk oğlan qışda getmiş, İkincisi yazda, üçüncüsü yayda və sonuncusu da payızda. Geri döndüklərində hamısını bir yerə çağırmış və nə gördüklərini soruşur. İlk oğlan ağacın "Çox çirkin, yaşlı və qupquru" olduğunu söylədi. İkinci oğlan «Xeyr, yaşıllıqla dolu idi və canlı idi» dedi. Üçüncü oğlan başqa fikirdəydi: "Çiçəkləri var idi və qoxusuyla, görünüşüylə o qədər möhtəşəm idi ki daha əvvəl heç belə bir şey görməmişdim. Sonuncu oğlan hamısının haqsız olduğunu və ağacın «meyvələrlə dolu, canlı və həyat dolu» olduğunu ifadə etdi.
Yaşlı adam oğullarına hamısının haqlı olduğunu söylədi. Çünki hamısı fərqli mövsümlərdə ağacı görməyə getmişdi. Onlara bir ağacı və ya bir insanı qısa bir müddət və ya bir mövsüm tanıdıqdan sonra onlar haqqında fikir yürütməməyi izah etməyə çalışmışdı. Həqiqəti ancaq sonda, 4 mövsümü gördükdən sonra görə bilərik. Bir mövsümün ağrısının, digər gözəl mövsümləri məhv etməsinə icazə verməyin.
Həyatınızı (ya da bir başqasını) bir mövsüm (bir dövr) üzündən mühakimə etməyin…
Qısa amma ibrətli


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    beli duzdur mende hemişe onu deyirem.cox sag olun maraqli xeber ucun ellerinize sagliq
  2. ceyla
    • ceyla
    • 31 Ocak 2016 16:27
    cox gozel hekaye idi tesekkur
  3. alara
    • alara
    • 31 Ocak 2016 11:24
    son sozun cox menali idi heqiqeten cox xosuma geldi xeber ucun tesekurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.