"Bir neçə sətr"

31 Ocak 2016
1 874
2
"Bir neçə sətr"
"Bir neçə sətr"

"Bir neçə sətr"

- Nə vaxt özümüzə gəlmək istəsək, özümüzdən gedəcək mahnılar çıxır qarşımıza. Xatırladır, xatirələrlə tozlu otaqları, intahara meyilli dodaqları. Hardadır o günlər, hardadır o balaca uşaqların meydanda oynadıqları gülüşləri? Adını böyümək qoyub, bizdən illəri aldı bu həyat. Getmək üçün o qədər bəhanə var ki, amma bir dəfə "ay can" deyildiyində ayaqlar tərpənməz olur.
- Qulaqda qulaqcıq, bir dəfə metroda gülümsəsə"sən, çoxları səni tərbiyəsiz sanacaq. Bu şəhərin nəyinə bağlansın adam, küləyi belə sən tərəfdən əsir. Bülvar çox qısa, yadigar insanlar üçün. Bu şəhərdə ən çox, ayrılan toplu üçün parklar tikilməli. Ayrılığların sayı bu qədər çox olduğu halda, niyə dairəvi şəklindədir bu diyarlar?
- Bəs hansı küncə qısılaq?!
- Dünya dairəvi olmasaydı, qıslmaqçün yer tapardım, yer kürəsində. Bir-birini tapdalamaq üçün, bir-iki kağızın göydən enməsi kifayət edər. Fəlsəfənin dərinliklərinə enmək üçün, çoxlu kitablar oxudum, amma orda nə sevgi, nədə digər müəmmalı hisslər yer alırdı. Mentalitetin kölgəsində gəzişən insanlardı, göz yaşı içərisində, dualarının yerinə yetmədiyinin fərqində olan.
- Adını bilmədiyin kitabı sevmək kimidir "sənsizlik". Nə mənsizlik məni, nə kimsəsizlik kimisə düşündürmür. "Tanrı yoxdu" deyən insanların baxışları hər zaman qaçar özündən.
- Nə qələmim iti, nə kağızım səliqəli deyil. Mənim nə qalustuklu geyimim, nədə brend saatım yoxdur. Dünyanı səliqəli geyinən feodallar belə, uşaqlıq şəkillərinə baxıb kədərlənirlər.
- Yaş ötür, dolğunlaşan hisslər, başqa qucaqlarda qol-qola gəzir indi. Bu dünyaya gəlmək seçimim deyildisə, niyə düşdüyüm vəziyyətə görə şükür etməliyəm ?
- Kimlərə borcluyam, səfil həyatımın lazımsız saatlarını?
- Məni bağışlar Tanrı, sevgini bu qədər önəmli bildiyimçün, məni sevər mələklər, insanlara meyl etmədiyimçün..
- Yarımçıq adamlarıq biz, bizi nə sistem, nədə qeyri-adi varlıqlar çökdürə bilməz. Qaçmaq lazım deyil, yerimək üçün yetərincə boş zamanımız var. Əminəm ki, bizi güclü bir varlıq unudub, ona görə bu küçələrdə əksik qalmışıq.
- " Yaşım, cibimdəki pulum qədər azdır."
- " Biraz düşünün, lakin çox üstünə getməyin, çünki intahara səbəb yarada bilər."
"Bir neçə sətr"


- Süleyman Əliyev

"Bir neçə sətr"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ellerinize sagliq herdefe Suleyman Eliyevin paylaşimlari maraqli olur.
  2. alara
    • alara
    • 31 Ocak 2016 11:31
    bilirsen xeber maraqlidir haqlisan bezen cox dusuncesiz olurlar ve sen heyatina son qoymaq isteyirsen cunki caresiz ve yorgun olursan ona gore amma cixib getdiyini gostersen uduzarsan men bunu gordum
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.