"Eiffel Tower"in tarixi ...

03 Eylül 2015
2 045
7
"Eiffel Tower"in tarixi ...
"Eiffel Tower"in tarixi ...




"Eiffel Tower"in tarixi ...Eyfel qülləsi (fr. La Tour Eiffel) — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir.

"Eiffel Tower"in tarixi ..."Eyfel" adı qülləyə onu inşa edən memarın - Qustav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir.

"Eiffel Tower"in tarixi ...Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir.
Eyfel qülləsi 1887-1889-cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir.
1889-cu ildə qüllənin açılışı zamanı tam 10 min qaz fənərlərindən, iki projektordan və başında isə mayak kimi işıq əks edilmişdir. İşıqların rəngləri mavi, ağ və qırmızı olmaqla Fransanın bayrağını ifadə edirdi. 1900-ü ildə ilk dəfə olaraq işıqlı lampalarla qüllə bəzədilir. 2000-ci ilin yeni ili ilə əlaqədar qüllədə bir çox dəyişikliklər edildi və hətta 2003 – cü ildə Eyfel yeni işıqdan hazırlanmış paltarını geyindi. Burada 40 km uzunluğu olan işıq sistemlərindən, 20 min lampadan və hazırlanmada 4,6 milyon avro dəyərində maliyyə xərcindən istifadə edildi.

"Eiffel Tower"in tarixi ...3000 işçi 26 ay müddətində 18.038 ədəd dəmirdən olan parçaları 2,5 milyon hissələrdən istifadə edərək bir yerə yığmağı bacardı. Həmin dövrdə bu qüllə inşa edilərkən bir dənə də olsun ölüm hadisəsinin olmaması, istifadə edilən texnologiyaların zəif olması ilə müqayisə edildiyinə böyük heyrət doğurur.

"Eiffel Tower"in tarixi ...Ancaq parislilər bu müddət ərzində qülləni bir utanc ləkəsi kimi görmüş və ona nifrət etmişlər. Bəzi sənətçilər buranı bir yol lampasına bənzədir, digər insanlar isə bir fabrik bacası kimi qiymətləndirirdilər. Hətta bu tikilinin Parisin görünüşünü ciddi şəkildə ləkələyəcəyini də irəli sürürdülər. Əvvəlki dövrlərdə Eyfel qülləyə sadəcə 20 il ərzində idarə etməsi üçün səlahiyyət almışdı. Deməli 1909 – cu ildə qüllə tamamilə sökülməli idi, lakin öz yüksəkliyinə görə əlaqə yaratmaq üçün münasib idi və Atlantik okeanın da o biri tərəfi ilə əlaqələri genişləndirmək bu tikili ilə mümkün olduğuna görə sökülməməsinə icazə verildi.

"Eiffel Tower"in tarixi ...Eyfel qülləsinin tikintisində 300-ə yaxın fəhlənin əməyindən istifadə edilmişdir. Tikintiyə başlamamışdan əvvəl layihəni tez bitirmək üçün nəzərdə tutulmuş konstruksiyaların çoxu, xüsusən dəmirdən olan hissələr bir – birinə geydirilmişdi. Eyfel 14 fevral 1887 – ci ildə "Le Temps" qəzetinə verdiyi müsahibədə tikdiyi qüllənin hündür olması ilə yanaşı, onun küləyə davam gətirməsinin də vacib yer tutduğunu xüsusi qeyd etmişdir
Eyfel qülləsi 300 m yüksəklikdədir. Zirvəsindəki televizor ötürücüləri 27 m daha yüksəkliyə qaldırılmasına yol açır. Hazırkı dövrdə çox geniş istifadə olunan polad yerinə dəmirdən inşa edilmişdir, xüsusi texnikalar sayəsində dövrümüzə qədər gəlib çıxmışdır. Qüllənin ilk mərtəbəsinin hər dörd tərəfində onu yaradan fransız mühəndis, alim və burada əməyi keçən müxtəlif insanların adları yazılmışdır.


"Eiffel Tower"in tarixi ...


"Eiffel Tower"in tarixi ...Bəzən qüllədə intihar vəziyyətləri də yaşanır. Demək olar ki, indiki dövrə qədər 400 nəfər adam bunu gerçəkləşdirməyi bacarıb. Müxtəlif zamanlarda bu cür işlərin yerinə yetirilməsinin qarşısını almaq üçün platformaların arasına dəmirdən barmaqlıqlar yerləşdirilmişdir.

"Eiffel Tower"in tarixi ...Cəmiyyət üçün açıq elan edilmiş hissələr 57 m, 115 m və 276 m yüksəklikdə yerləşir. Gələn ziyarətçilər üç liftdən istifadə edirlər, xüsusən şimal, qərb və şərq istiqamətindəki platformalara bunlar çatdırır. İlk mərtəbədə və ikinci mərtəbədə yeməkxana, restoranlar mövcuddur. Ayrıca iki mərtəbədə isə Eyfel qülləsinin tarixini özündə birləşdirən bir sərgi var. Ən üst mərtəbəyə çıxmaq istəyən hər bir ziyarətçi ikinci mərtəbədə nəzərdən keçirilər və axtarılma aparıldıqdan sonra tamam başqa liftə minməyə ona icazə verilər. Ən üst hissə həm üstü açıq, həm də üstü bağlı bir platformaya sahibdir.

"Eiffel Tower"in tarixi ...Qüllənin açılışından sonra ilk platformaya qədər 50 ziyarətçi daşıyan iki hidrolik lift fəaliyyətə verilmişdir. Bunlar üçün lazımlı hidrolik preslər 16 sütuna birləşdirilmişdir. Şimal qanadından başqa bir liftlə ikinci mərtəbə çıxmaq mümkündür. II Dünya müharibəsi zamanı buranın iş prosesində yaranmış problemlərlə əlaqədar bunlar tamamilə unuduldu və Adolf Hitler qülləyə çıxmaq üçün yaylardan istifadə etmək fikrini irəli sürsələr də alınmamışdır. Nəticədə o, Eyfel qülləsinin başına çıxa bilməmişdir. Buna görə də deyirlər ki, Hitler Fransanı zəbt etsə də Eyfeli tuta bilmədi. Ancaq çox maraqlıdır ki, onun şəhəri tərk etməsindən bir neçə saat sonra lift yenidən işləməyə başlamışdır. Adolf Hitler Ditrix fon Koltisə Parisdə olan bütün tikililərlə yanaşı buranın da məhv edilməsini ona əmr etsə də, çox qəribə haldır ki, o, əmri yerinə yetirməmişdir. 1983 – cü ildə ikinci və üçüncü mərtəbələr arasında 1000 tonluq eskalatorun yerini alan 4 yeni narıncı rəngli lift istifadəyə verildi. Həmin eskalator isə 954 pillədən və 3 m genişliyində idi.

"Eiffel Tower"in tarixi ...Həmçinin bu qüllə ilə bağlı bir çox maraqlı məlumatlar da vardır. Deməli 4 fevral 1912-ci ildə Avstraliyalı Frans Reyşeld özü hazırladığı paraşutla qüllənin 60 m hündürlüyündən tullanmaq istəyir və havada olarkən paraşut açılmır. Çox təəəssüf olsun ki, onun bu hərəkəti böyük bir kədərlə nəticələnir. 1925-ci ildə isə kələkbaz Viktor Lyustiq bu tikilini metalloma satmaq istəyir. Üçüncü mərtəbədən baxarkən qüllənin ətrafındakı ərazilər günəşin şüalarının köməyi ilə tam 140 km ətrafı görmək mümkün olur. Hazırda qüllədən televiziya, radio stansiyası, həmçinin mobil telefonların əlaqəsi üçün istifadə edilir. 2004-2005-ci illərdə isə 2012-ci ilin Yay Olimpiya oyunlarının bu şəhərə salınması üçün reklam yerləşdirilmişdi. 1989-cu ildə tikilinin tam 100 yaşı qeyd edildi. Parisdə baş verən ən güclü küləklər belə bu qülləyə ziyan gətirmir, lakin isti günəş bura təsirsiz ötüşmür. Hazırda Qüllənin üzərində olan mayak ora 1 yanvar 2000-ci il tarixində qoyulmuşdur və 80 km uzaqlıqdan görmək mümkündür...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Sitat: SEHRI
    oxumuşdum bu haqda.amma mən niyəsə heç sevmirəm eyfel qulləsini.


    mende hec xoslamiram
  2. SEHRI
    • SEHRI
    • 7 Eylül 2015 12:03
    oxumuşdum bu haqda.amma mən niyəsə heç sevmirəm eyfel qulləsini.
  3. BaBY..
    `~ Maraqli melumatdi cox saolun xowum gelir parisden tewekkurler
  4. Dear..
    Maraxlı məlumatdı ən bəəəndiim ölkələrdən biridi paris
    -Təşəkkürlər
  5. allah bendesi
    maraqli xeber olmuw tewekkurler
  6. FeaT.Az
    Maraqlı xəbərə görə çox sağol bu haqqda türkçə məlumat oxumuşdum. Təşəkkürlər..
  7. ::.ProsTo DeLiw.::
    Təşəkkurllər maraqli xəbərdi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.