Allaha məktub

02 Kasım 2015
2 542
2
Allaha məktub
Allaha məktub
Allaha məktub
Ey Allahım! Sənə bu məktubu utanaraq və etdiklərimdən peşmanlıq hissi duyaraq yazıram.Mənim üçün etdiyin hər şeyə qarşı sadəcə, üsyan edərək günah və haramlara yol verdim.Səndən qafil olmadım, ancaq Səni haqqınla tanıya bilmədim.Sözlərini eşitsəm də əməl edə bilmədim.Ey yetimlərin və kimsəsizlərin dostu! Bu naqis ağlımla Sənin mütləq varlıq olduğunu və yaradılış aləmini idarə etdiyini indi dərk etdim.Sən demə, hər kəsin həqiqi sahibi və himayədarı Sən Özünsən.Kimsəsizlər sənin dərgahına üz tutaraq rahatlıq tapırlar.

Ey gözümdəki yalan görüntülərin yeganə həqiqəti!Səni yetərincə yad etmədim.Sayını bilmədiyim, verdiyin o nemətlərə şükr etmədim.Özümü məhv etdim.Bu qədər gözəlliklər içində, mən sadəcə pis olana əl uzatdım.Ey gecələrin nuru!Faydasız nə qədər işlər varsa, gözümə gözəl göründü.Bilmədim!Başa düşmədim!

Ey sözlərin ən gözəlini, ən mənalısını söyləyən Allah! Sənin bizə çatdırdığın gözəl kəlamları adi hərflər kimi gördü bu "kor" gözlərim.Sən demə, o, gözəl kəlamlar insana qəlb rahatlığı verirmiş, insanı doğru yola götürürmüş.Başa düşmədim...

Ey bütün etdiklərimi bilən, unutmayan və əməllərimi yenidən mənə göstərəcək Rəbbim! Əhf et, bu günahkar qulunu, əhf et.Sənin qulun olmaq, şərəfini başa düşmədim.Ancaq qiyamət günü gəlmədən bütün günahlarımı etiraf edirəm və Səndən bağışlanmağımı gözləyirəm.Rəbbim! O, pis günahlarımından Sənin nurlu gözəlliyinə sığınıram.Hesab günü məni utanacağım günahlarımla hesaba çəkmə.Tövbə etdim, Allahım! Bu məktubumu dualarla Sənə göndərirəm.Qəbul et Ya Rəbbim! Amin!
Allaha məktub
Əvvəlki Xəbər
RƏYLƏR
  1. AYSEL qazyan
    • AYSEL qazyan
    • 11 Haziran 2016 15:01
    Super xoşum gəldi. Allah sizi xoşbəxt eləsin. Ramazan bayramınız mübarək. AMİN!
  2. -Aydan-
    Ey sözlərin ən gözəlini, ən mənalısını söyləyən Allah! Sənin bizə çatdırdığın gözəl kəlamları adi hərflər kimi gördü bu "kor" gözlərim.Sən demə, o, gözəl kəlamlar insana qəlb rahatlığı verirmiş, insanı doğru yola götürürmüş.Başa düşmədim...
    -Bəli, Çox düzgün sözlərdir.. Bəzilərimiz kordur..Anlamırlar..
    -Allah razı olsun dəyərli xəbərdir..
    -Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.