İradəsi zəif olanlar bu yazını oxumasın!

16 Kasım 2015
3 691
3
İradəsi zəif olanlar bu yazını oxumasın!
İradəsi zəif olanlar bu yazını oxumasın!


İnsanlar heç də həmişə əcəl və xəstəliklə bu həyatdan köçmürlər. Bəzən, tale onlara gözlənilməz və dəhşətli ölüm nəsib edir. İnsan bu ölüm yolundan ya bədbəxt hadisə, ya da məcburiyyət qarşısında keçir. Yəni belə ölümlər ya kimsə tərəfindən icra edilir, ya da intihar nəticəsi olaraq bu addım atılır. Qəribə də olsa, həmişə düşünmüşəm ki, görəsən, hansı ölüm daha qorxunc, hansı daha asandır. Bunun cavabı mənim qədər, yəqin, sizə də maraqlıdır. O zaman qısa da olsa, həmin dəhşətli ölüm yollarından sizə söz açaq. Yəqin ki, bu sətirləri oxuduqdan sonra birmənalı olaraq düşünücəksiz ki, həqiqətən də, ölüm bütün hallarda qorxuncdur.

Qeyd edim ki, bu yazı yəqin ki, birmanalı qarşılanmayacaq. Ola bilər ki, tənqid də olunsun… Çünki bəzilərinə görə bu intahar etmək istəyənlərə «Ölüm menyusu» kimi də görünə bilər… Amma, şəxsi fikrimcə, əksinə bu yazı ölmək istəyənləri qorxutmaq üçün ən yaxşı məqamdır… Belə də ki, inanmıram qadın.net istifadəçiləri arasında bu fikri ağlından keçirən olsun. Çünki, intahar etmək istəyənlər zavalı, yazıq insanlardır. Biz isə güclüyük! Bu yazı da güclü olanlar üçün sadəcə maraq doğuracaq bir xəbər

Xüsusi ilə də «Ujas» filmlərini sevənlər üçün əsl hədiyyə


Boğularaq ölmək
Çimərlik mövsümü olduğunu nəzərə alaraq, əvvəlcə suda boğulmaqdan bəhs edək. İnsan, əsasən, su soyuq olduğu üçün boğulur. Suya batıb-çıxanda insanların çoxu nəfəsini tutmağa çalışır. Bu proses ən çox 90 saniyə davam edir. Sonra boğulmaqda olan insan su udmağa, oskürməyə, daha sonra isə yenə su udmağa başlayır. Getdikcə su mədəyə, ağ ciyərlərə dolur. Bu vaxt sanki partlama, yırtılma hissi yaranır, nəfəs almaq çətinləşir. Nəticə isə bəllidir...
Bu duruma düşməmək üçün dənizə gedərkən son dərəcə ehtiyatlı olun. Heç kəs ölümdən sığortalanmayıb!



Qan itirmək
Ya bədbəxt hadisə nəticəsində, ya da intihar etmək məqsədilə damarları kəsdikdə bu ölümün ağrı-acısını çəkməyə məhkumsunuz. Əvvəlcə qeyd edim ki, bədəndə 5 litr qandan cəmi 750 millilitri müalicə edilə bilir.1,5 litr qan itirmiş adam əvvəlcə üşüyür. Sonra isə susuzluq, yorğunluq və baş fırlanması hiss edir, nəfəsalma çətinləşir. Sonra isə insan şüurunu itirir...


Başın kəsilməsi
Alimlər və tarixçilər belə qərara gəliblər ki, kəsilmiş baş görmə qabiliyyətini saxlayır. Professorlar isə baş kəsildikdən sonra beynin 30 saniyə işlədiyini deyirlər. Təsvir edin də, yerə yuvarlanıb düşmüş baş bədənini qıraqdan seyr edir.

Hündürlükdən düşmək
Bu məlumatı düzü verməyə qorxuram. Çünki, ölmək istəyən çıxıb damın başından özünü aşağı atacaq. Düşünəcək ki, ağrısız ölümdür. Çünki deyilənə görə, hündürlükdən düşmək insana düşündüyünüz qədər də ağrı vermir. 145 metrdən tullanan insan yerə 200 km/saat sürətlə düşür. Belə sürətlə düşən insanların 75%-i yerə dəyən kimi ölürlər. Bunun səbəbi isə ürək və ağ ciyərlərin parçalanması və ya qabırğaların sınıb daxili orqanları kəsməsidir.
Amma, yəqin ki, heç kəs, xüsusilə də, qadınlar ölərkən çirkin görünmək istəməz. Bax, ona görə də bunu ağlınızdan belə keçirməyin. Ölərkən yaddaşlarda gözəl qalmabı arzu edirəm.

Asılaraq ölmə
Bü cür ölüm, əsasən, qədim dövrlərdə edam və ya intihar zamanı müşahidə edilirdi. Boyuna taxılan ipin insanın beyninə gedən arteriya damarlarını sıxması nəticəsində insan 10 saniyə ərzində keçinir. Lakin ip səhv taxılıbsa, bu müddət 15 dəqiqəyə qədər uzana bilər. Bəzən asılarkən insan qıvrılırlar. Bunun səbəbi ipin səhv taxılmasıdır.
Bu ölümün nə qədər çətin olduğunu təsvir etmək üçün sadəcə bir-iki dəqiqə nəfəsinizi saxlayın. Adamın ürəyi partlamaq dərəsinə çatır.

Zəhərli iynə ilə edam
Bu edam ilk dəfə 1977-ci ildə Oklahomada bir məhkum üçün istifadə olunub. Mütəxəssislər ona ardıcıl 3 iynə vurublar. Birinci iynə ağrını yox etmək, ikincisi nəfəs almağı dayandırmaq, sonuncu iynə isə ürəyin fəaliyyətinə son vermək üçün istifadə olunmuşdur.


Yüksək təzyiq
1971-ci ildə üç rus kosmonavt yaranan qəza səbəbindən bu cür ölümə məruz qalıblar. Belə faktlar, əsasən, heyvanlar üzərində öyrənilir. Belə ölümlə qarşılaşdığı zaman insan nəfəsini tutarsa, ölüm daha da tezləşər.


İnfakt
İnfakt - bədənin oksigensiz qalmasıdır. Bəzi infaktlar keçici, bəziləri isə ölümcüldür. Kiçik bir infaktın onu 10 saniyə ərzində öldürə biləcəyini insan heç vaxt unutmamalıdır!


Yanaraq ölmək
Əvvəlcə saçlar və qaşlar yanır. Sonra dəri üzərindəki sinir hüceyrələri ölməyə başlayır. Sinir hüceyrələri yanıb qurtardıqdan sonra ağrı hissi kəsilir. Lakin bu yolla ölümə məruz qalanların 90%-i hüceyrələrin yanması səbəbindən deyil, nəfəs ala bilmədiyi üçün ölür.


Son olaraq, qeyd edim ki, intahar edənlər o dünyada cəhənnəmə düşür. Və o dünyanın cəhənnəmi daha dəhşətli və sonsuz olur… Elə isə, cəhənnəmi bu dünyada yaşamağınız daha məsləhətdir.
Her bir insanin həyatinda belə məqamlar olur. Mence o zaman insanin qarşısinı sevdiklerine əzab verməmək hissi ilə yanaşı, ən çox da Alllah sevgisi və qorxusu kəsmelidir. Olüb o dünyaya getdiyinizde bu günah üçün Allaha nə cavab verəceksiz?


Onsuz da günahlar içində itib-batırıq, yeni bir günahla o dunyaya getməyə dəyərmi? Axı, hər bir insan həyatda çıxış yolu tapa bilər, çıxış yolu yoxsa, sadəcə gözləsin, Allah özü ona bir gün çıxış yolunu göstərəcək.

Intihara cəhdim 17 yaşımda olub. Atam məni Bakıya gəlmək, universitetə qəbul olmaq, təhsil almaq istəyimə qarşı çıxırdı. «Qız nədir, uzağa getdi nədir» deyirdi… Özü də evin bir qızı… Təhsil almaq arzusu ilə qəlbi çırpınan, bütün günü kitab-dəftər əlindən düşməyən bir qızcığaza qarşı bu haqsızlıq dözülməz idi… Elə o vaxtdan mübariz olmuşam. İmtahana bir neçə gün qalmış hamı yığışıb atamı yola gətirməyə çalışarkən, son çarə onu ölümlə qorxutmaq oldu. Düzünü deyim, ürəyimdən gəlmirdi ölmək. Həm də namaz qıldığım üçün təbii ki, Allaha qarşı çıxa bilməzdim. Amma nəsə etməliydim, etdim də… Biləyimi kəsdim… Amma elə etmişdim ki, yəni əslində damarı yox, sadəcə biləyimin ətinə cüzi xətər yetirmişdim. Bir az qan gəldi, vəssalam. Bilirdim ki, bunla ölməyəcəm, amma qorxudacam. Ciddi şəkildə intahar edəcəyimi düşünüb dəli olmuşdular və təbii ki, valideyn məhəbbəti hər şeyə üstün gəldi.«Yaxşı sənə 1 şans verirəm, amma sadəcə bir dəfə». Yəni, imtahandan kəsildiyimdə ikinci dəfə imtahan vermek adı çəkməyəcəkdim… Və xoşbəxtlikdən o şansdan uğurla istifadə etdim və elə həmin il yüksək balla universitetə qəbul oldum. O hadisədən yadigar sadəcə qolumda qalan kiçim izdir…

Amma mən heç kəsə ölümlə oynamağı məsləhət görmürəm. Mənim axırım yaxşı qurtardı, amma belə qorxutmaq məqsədilə edilən yalançı intaharlar heç də həmişə müsbət sonluqla bitməyib.

Qonşuluğumuzda bir qadın vardı. Əri ilə tez-tez dalaşırdı. Bir dəfə guya ərini qorxutmaq üçün «Bax özümü yandıracam» deyib benzini üstünə tökdü. Və kibriti çəkdi… Bir anda alovlandı. Qışqırtısı göyləri bürümüşdü. Hələ onun üçün göz yaşı tökən üç körpəsini demirəm. Xəstəxanada cəmi iki gün yaşadı. Və son nəfəsində «mən sadəcə ərimi qorxutmaq istəyirdim…. Mən ölmək istəmirəm» bu sözləri söyləmişdi… Yeri gəlmişəkən, indi onun əri yaxşı arvad alıb özü üçün yaşayır. Üç balası da böyüyüb, analarını da nifrətlə xatırlayırlar. «Yaxşı ana olsaydı, özünü öldürməzdi, bizi ana sevgisindən məhrum etməzdi» deyirlər.

Elə mənim də intahar edənlərdən çox acığım gəlir. Çünki yerdə gözü yaşlı nə qədər insan qoyub gedirlər.

Sevdiklərinizə bu qədər əzab verməyə dəyərmi?

RƏYLƏR
  1. ...Love life...
    qorxulu idi, duzu bilmirdim xebere gore
    tewekkurler
  2. Bella
    • Bella
    • 16 Kasım 2015 15:43
    Təbii ki, bu dünyada yaşamağımız da müvəqqətidir. Dünyaya gəlmişiksə, bir gün də dünyadan köçəcəyik. Amma xəbərdə qeyd olunan ölüm hallarına baxanda heç də təəccübləndim. Bu illər ərzində bu cür ölüm hallarına tez- tez rast gəlinir. Şübhəsiz ki, bu hal heç də yaxşı deyil. Ona görə də Allah heç kəsə belə ölüm qismət etsin. AMİN!
  3. -Aydan-
    -bu haqda bir az məlumatım var idi dahada artdı təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.